Georgi Sereteli (gürc. გიორგი ვასილის ძე წერეთელი; 8 (21) oktyabr 1904, Tianeti, Tiflis quberniyası[1] – 9 sentyabr 1973[1], Tbilisi[1]) — Sovet alimi, Gürcüstan şərqşünaslıq elmi məktəbinin qurucusu, ərəbşünas, Tbilisi Dövlət Universitetinin (TSU) Şərq fakültəsinin təsisçisi, Gürcüstan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun təsisçisi və ilk direktoru, Gürcüstan SSR Elmlər Akademiyasının akademiki, Gürcüstan SSR əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor. SSRİ Elmlər Akademiyasının həqiqi üzvü (1968).
Georgi Sereteli | |
---|---|
gürc. გიორგი წერეთელი | |
Doğum tarixi | 8 (21) oktyabr 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 9 sentyabr 1973[1] (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | tarixçi |
Elmi dərəcəsi | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Georgi Sereteli 1904-cü ildə Tianeti (Şərqi Gürcüstan) kəndində anadan olmuşdur. Atası Şahzadə Vasili Sereteli (1862-1937) məşhur gürcü həkimi, jurnalist və xeyriyyəçi, əmisi isə Mixail Sereteli (1878-1965) görkəmli tarixçi idi.
1927-ci ildə Sereteli TDU-ni bitirir. 1928-1931-ci illərdə SSRİ Elmlər Akademiyasının aspirantı, 1931-1933-cü illərdə Leninqrad Dövlət Yaşayan Şərq Dilləri İnstitutunun dosenti olmuşdur.
1933-1973-cü illərdə Tiflis Dövlət Universitetində dosent (1933-1942) və professor (1942-1973) olur. 1933-1937-ci illərdə Gürcüstan Dövlət Muzeyində baş elmi işçi işləyir. 1940-1960-cı illərdə Sereteli Gürcüstan Elmlər Akademiyası Dilçilik İnstitutunda Şərq dilləri şöbəsinin müdiri olur. 1942-ci ildə filologiya üzrə doktorluq və professor elmi dərəcəsi alır.
1945-ci ildə Sereteli TDU-nun Şərqşünaslıq fakültəsinin qurucularından biri[2], 1945-1973-cü illərdə bu fakültənin Semitologiya kafedrasının müdiri olur.
1946-cı ildə Gürcüstan SSR Elmlər Akademiyasının akademiki (həqiqi üzvü) seçilir. 1957-1967-ci illərdə Dövlət Elmlər Akademiyası Sosial Elmlər Bölməsinin akademik-katibi (sədri), 1967-1970-ci illərdə Dövlət Elmlər Akademiyasının vitse-prezidenti, 1970-1973-cü illərdə Rəyasət Heyətinin üzvü olmuşdur.
1960-cı ildə Sereteli Gürsüstan SSR Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunu təsis edir[3]. 1960-1973-cü illərdə bu institutun ilk direktoru olmuşdur.
1968-ci ildə Sereteli SSRİ Elmlər Akademiyasının akademiki seçilir. Eyni zamanda Böyük Britaniya və İrlandiya Kral Asiya Cəmiyyətinin fəxri üzvü (1964) və Polşa Şərqşünaslar Cəmiyyətinin fəxri üzvü (1966) olur[4].
Georgi Sereteli 1973 -cü ildə Tiflisdə vəfat etdi. Tiflis Dövlət Universitetinin bağçasında dəfn edilmişdir.
Georgi Seretelinin elmi fəaliyyətinin əsas sahələri bunlar idi: Orta Asiyanın ərəb ləhcələri;
Ərəb dilçiliyi və folkloru;
İvrit və Arami dilində tədqiqatlar;
Yaxın Şərq dilləri tarixi;
Yazı sistemlərinin tarixi;
Gürcü yazı tarixi;
Gürcüstan və Qafqaz tarixinin öyrənilməsi üçün mənbələr;
Rustvelogiya;
Nəzəri dilçilik sualları.
Sereteli 100 mühüm tədqiqat işinin və 10 monoqrafiyanın müəllifidir.