Geoxronogiya

Geoxronologiya (q.yun. γῆ — yer + χρόνος — zaman + λόγος — söz, təlim) — geoloji tarix olub, geologiyanın bölməsi olub, geoloji vaxtın ölçülməsi problemini əhatə edir.[1][2]

Nisbi və mütləq geoxronologiya mövcuddur:

Nisbi geoxronologiya stratiqrafiyaya əsaslanır və nisbi geoloji zaman cədvəlində istifadə edərək Yerin geoloji inkişaf tarixinin əsas mərhələlərini, ardıcıllığını və onun üzərində həyatın inkişafını əks etdirir.

Mütləq geoxronologiya fiziki (astronomik) zaman vahidində izotop üsulu ilə suxurların və mineralların yaşının təyininə əsaslanır. Nisbi və mütləq geoxronologiyanın məlumatlar toplusu geoxronoloji cədvəldə tam əksini tapır.

  1. Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: Elm, 2012, səh.108.
  2. Geoxronologiya // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 129-130. ISBN 978-9952-453-14-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]