Geri ödəmə müddəti metodu

Geri ödəmə müddəti metodu (ing. payback period) — ilə bir investisiyaya çəkilən xərcin nə qədər müddətə geri dönəcəyi hesablanır.[1] Misal üçün hər il 1000 AZN gəlir gətirən 3000 AZN-lik bir investisiya üç illik geri ödəmə müddətinə sahibdir. İnvestisiyanın gətirdiyi gəlirlərin kumulyativ cəminin investisiya məbləğinə bərabər olduğu və ya onu keçdiyi il geri ödəmə ili olur.

Geri ödəmə müddəti metodu tez-tez istifadə edilən bir metoddur. Çünki akademik təhsil və çalışma sahəsindən asılı olmayan çox insan üçün istifadəsi asan və anlaşıqlıdır. Müəssisə bu metod vasitəsilə investisiya xərclərinin nə zaman geri dönəcəyini görür və buna uyğun olaraq investisiya layihəsinin reallaşdırılması ilə bağlı qərarını verir.

Geri ödəmə müddəti əsasən il olaraq ifadə olunur. Hər il üçün xalis nağd pul mədaxili(1) = Nağd pul mədaxili(1) — nağd pul məxarici(1)hesablanır. Daha sonra xalis nağd pul mədaxillərinin kumulyativ cəmi hesablanır. Cəmi investisiya məbləğinə bərabər edən il isə geri ödəmə ili olur.[2]

Əgər hər il üçün pul daxil olmaları sabit(eyni) olarsa, geri ödəmə müddəti = İnvestisiya məbləği(C0) / təxmin olunan xalis nağd pul mədaxili(C)

Pul daxil olmaları müxtəlif olduqda isə aşağıdakı düsturdar istifadə edilir:

[3]

n — Pul daxilolmaların kumulyativ cəminin müsbətə keçdiyi ildən əvvəlki il

C0 — İnvestisiya məbləği

Ck — n -ci ilə qədər(n-ci ildə daxil olmaqla) pul daxil olmalarının kumulyativ cəmi

Bu düstur geri ödəmə müddətindən sonra ortaya çıxacaq dəyərləri (mənfi və ya müsbət) nəzərə almır.

Çatışmazlıqları

[redaktə | mənbəni redaktə et]

Geri ödəmə müddəti metodu pulun zaman dəyərini, alternativ xərcləri, kapitalın orta çəkili dəyərini nəzərə almır. Bu səbəbdən diskontlaşdırılmış geri ödəmə müddəti(DPP) daha əlverişlidir. İqtisadçılar tərəfindən isə daha çox xalis cari dəyər və daxili gəlirlilik dərəcəsi metodları istifadə edilir.[4]

  • PROJE ANALİZİ VE DEĞERLENDİRME. Anadolu universiteti. 2015