Kapitalın orta çəkili dəyəri və ya maliyyəti (ing. weighted average cost of capital-WACC) — müəssisənin əldə etdiyi kapitalın qarşılığında səhmdarlara və kreditorlara ödənməsi gözlənilən orta xərclərdir.[1] Başqa sözlə müəssisənin maliyyələşmə mənbələrinə çəkiləcək orta xərcləri göstərir.
Şirkətlər bir çox qaynaqlardan maliyyələşə bilirlər: adi və imtiyazlı səhmlər, birbaşa borclar, dövlət yardımları(məsələn subsidiya) vb. Kapitalın orta çəkili dəyəri də bu maliyyəşmə mənbələrinin kapitalın tərkibindəki nisbi çəkisini nəzərə alınaraq hesablanır. Düsturu isə aşağıdakı şəkildədir:
ke — adi səhmin gəlirliliyi
We — adi səhmin kapitalın tərkibindəki çəkisi
V — vergi dərəcəsi
kd — borcun dəyəri (xərci)
Wd — borcun kapitalın tərkibindəki çəkisi
Burada nizamnamı kapitalının orta xərcini göstərir.
KOÇD sayəsində müəssisə gəlirlərinin hansı hissəsinin səhmdarlara və kreditorlara ödənəcəyini müəyyən edəbilir. Bu əmsalın köməkliyi ilə müəssisə planlaşdırılan investisiya layihəsinin məqsədəuyğun olub-olmadığını müəyyənləşdirir. Yəni investisiyanın gəlirliliyi KOÇD əmsalından böyük olmalıdır ki, müəssisə investisiya layihəsini reallaşdırsın.