Gerontofiliya (film, 2013)

"Gerontofiliya" (ing. Gerontophilia) — 2013-cü ilin, rejissor Brüs LaBrüsün, cavan oğlanla qoca kişinin sevgi həyatından bəhs edən melodram filmi[4].

Gerontofiliya
Gerontophilia
ing. Child of God
Janr melodram
Rejissor Brüs LaBrüs
Operator Nicolas Canniccioni
Bəstəkar DJ Ram
Rəssam Olivier Laberge
Distribütor Netflix
İlk baxış tarixi 28 avqust 2013[1], 30 oktyabr 2014[2], 2013[3]
Filmin növü Bədii film
Müddət 91 dəq.
Büdcə CAD 2 000 000
Ölkələr Kanada Kanada
Dil İngiliscə
İl 2013
Rəng rəngli
IMDb ID1815717

18 yaşlı Lake öz həmyaşıdlarından fərqlənmir. Amma müəyyən məqamda oğlan özünün qəribə seksual tərcihini özündə aşkarlayır — onu qoca kişilər cəlb edir. O təsəvvür edir ki, bu qoca kişilər bir zaman cavan, parlaq və olduqca cəlbedici idilər. Tibb bacısı işləyən anası oğlunun yay tətili zamanı onu işlətmək üçün qocalar evinə işə götürür. Burada Lake aşkar edir ki, medpersonal psixotrop maddələri sui-istifadə edirlər, bu maddələrlə pasientləri huşsuz edirlər. Qocalar evində o mister Pibodi ilə yaxından dostlaşır. Onlar arasında, böyük yaş fərqinə baxmayaraq romantik əlaqələr başlayır. Mister Pibodi Lake'ə etiraf edir ki, o okeanı sonuncu dəfə görməyi arzulayır. Birlikdə onlar Sakit Okeanı görmək üçün yola düşürlər. Lake nəhayət öz təbii hissləri qəbul etməyə hazırdır, hansını ki o mister Pibodiyə yönəldib. Lakin səyahət gözlənilməz hadisə baş verdiyindən hər şey dəyişilir...

Rollarda
Aktyor Rol
Pyer Qabriel Lajua Lake
Volter Borden mister Pobodi
Keti Boland Lake'in anası
  1. Freebase Data Dumps. Google.
  2. IMDb (ing.). 1990.
  3. Catalog of the Digital Discoverability Project of the RDIFQ.
  4. "Marie-Hélène Thibault et Pier-Gabriel Lajoie dans «Gerontophilia», un film de Bruce LaBruce tourné à Montréal (PHOTOS)". The Huffington Post. 2013-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]