Giorgio Pressburger (21 aprel 1937[1], Budapeşt – 5 oktyabr 2017[2][1], Triest[2]) — macar əsilli İtaliya roman, qısa hekayə yazıçısı və dramaturqu.[3]
Giorgio Pressburger | |
---|---|
mac. Giorgio Pressburger | |
Doğum adı | Pressburger György |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Triest, İtaliya |
Vətəndaşlığı | Macarıstan İtaliya |
Milliyyəti | Macar |
Fəaliyyəti |
Yazıçı Tərcüməçi Dramaturq |
Fəaliyyət illəri | 1956-2017 |
Əsərlərinin dili |
Macar dili İtalyan dili İngilis dili |
İlk əsəri | “” |
Tanınmış əsərləri |
“The Law of White Spaces” “Teeth and Spies” “Snow and Guilt” |
Vikianbarda əlaqəli mediafayllar |
Giorgio Pressburger 21 aprel 1937-ci ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. 1956-cı ildə İtaliyaya köçmüşdür.
1992-ci ildə qələmə aldığı The Law of White Spaces adlı kitabı Independent Foreign Fiction mükafatı üçün namizəd göstərilmişdir.[4]Teeth and Spies adlı romanı və qısa hekayələrin toplandığı Snow and Guilt kitabı Giorgio Pressburgeri xeyli məşhurlaşdırmışdır.
1956-cı ildə İtaliyaya köçdükdən sonra teatr və film rejissorluğu ilə də məşğul olmuşdur.
Daha sonra Macarıstan-İtaliya Mədəniyyəti İnstitutunun müdiri olmuşdur.
Giorgio Pressburger 5 oktyabr 2017-ci ildə İtaliyanın Triest şəhərində 80 yaşında vəfat etmişdir.