Girdə xul (lat. Neogobius melanostomus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. Başqa növlərdən bədəninin xarakter quruluşuna görə fərqlənir.
Girdə xul | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Ranqsız: Dəstəüstü: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Girdə xul |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Baş və bədəni dəyirmi və bir qədər qısaldılmış formadadır. Dodaqları bir qədər ətli formadadır. Alnının eni gözünün diametrinə bərabərdir. Ağzı kiçikdir və gözün ön kənarına qədər çatmır. Qarun üzgəci anusa qədər çatır. Birinci bel üzgəcində böyük qara ləkə olur. Burnu kütdür. Bədəni piqmentlidir. Bədəninin yanlarında uzunsov tünd-qonur ləkələr olur.
Girdə xul Xəzər dənizinin sahil boyu çox dərin olmayan sahələrində yayılmışlar. Eyni zamanda çaylarda, göllərdə və su anbarlarında təsadüf olunur. Həmçinin Azov və Qara dənizlərinin, o sıradan çayların, göllərin, su anbarlarının ən adi xulkimi növüdür. Xaçmazdan Astaraya qədər kütləvi növ sayılır. Şimal-Şərqdə isə onun sayı azalır.
Girdə xulun qidasını dənizdə yaşayan molyuskalar təşkil edir. Molyuskalar içərsində əsas yeri metilaster tutur.
2-3 yaşında cinsi yetişkənliyə çatır. Volqanın deltasında və Dağıstan sahillərində may-iyun aylarında, Azərbaycan sahillərində isə may - sentyabr aylarında çoxalırlar. Dişi girdə xulun hər biri 328-1331 ədəd kürü verir. Kürüsünü hissə-hissə tökür.
Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfındən ovlanır.[2]