Sarmaşıqvari yersarmaşığı (lat. Glechoma hederacea L.)[2] - yersarmaşığı cinsinə aid bitki növü.[3]
Sarmaşıqvarı yersarmaşığı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Sarmaşıqvarı yersarmaşığı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 15-60 sm, gövdəsi zəif, çılpaq və ya səpələnmiş-tükcüklü, torpaq üzərində sərilmiş və yaxud biraz qalxan, budaqlanmış və torpağa kök salan cavan budaqları olan çoxillik ot bitkisidir.[4]
Yarpaqları kifayət qədər uzun saplaqda yerləşmiş, dəyirmi-böyrəkşəkilli, kənarları iri dairəvi-dişli, yuxarı yarpaqları isə böyrəkvari-ürəkşəkillidirlər.
Çiçəkləri adi yarpaqların qoltuğunda 2-4 ədəd olmaqla yerləşmişlər, çiçək altlığı sapşəkilli və qısa saplaqlıdır. Tac mavitəhərbənövşəyi rəngli olub, uzunluğu 10-20 mm və kasacıqdan uzundur.
Fındıqcalar 1,5-2 mm uzunluğundadır, qonurtəhərdir.
Aprel-May
May-İyun
BQ (Quba), Kür düz. - orta dağ qurşağına qədər.
Bağlarda, dıncə qoyulmuş torpaqlarda, otlaqlarda, meşələrdə, kolluqlarda və rütubətli çəmənliklərdə rast gəlinir.