Goodreads özəl mülkiyyətdə olan sosial kataloq saytıdır. 2006-cı ilin dekabrında proqram təminatı mühəndisi və sahibkar Otis Çandler tərəfindən yaradılıb.[2] Veb-sayt istifadəçilərə saytda qeydiyyatdan keçərək kitablar əlavə edə, onlayn kitabxana və oxucu siyahılarını yaratmağa imkan verir. Saytda həmçinin istifadəçilər kitab təklifləri üçün qruplar yarada və müzakirələr edə bilərlər. Artıq 1 il sonra 2007-ci ilin dekabrında saytda 650 000-dən çox üzv[3] və 10 milyondan çox kitab var idi.[4]. 2012-ci ilin iyuluna olan statistikaya əsasən saytın 10 milyondan çox üzvü və aylıq 20 milyondan çox ziyarətçisi var.[5]
Goodreads | |
---|---|
URL | goodreads.com |
Tipi | Sosial şəbəkə |
Dilləri | ingilis dili |
Sahibi | Amazon.com[1] |
Açılma tarixi | dekabr 2006 |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |