Got7

Got7 (koreyaca: 갓세븐) JYP Entertainment tərəfindən qurulan Cənubi Koreya-lı oğlan qrupudur.[1] Qrup yeddi üzvdən ibarətdir: Cey B, Mark, Cekson Van, Cinyounq, Younqce, BamBam və Yugyom. Got7, 2014-cü ilin yanvarında Gaon Music Chart-da ikinci, Billboard’s World Albums Chart-da bir nömrəyə yüksələn ilk albumları olan EPGot It? debüt etdilər. Qrup, həmçinin tez-tez martial arts tricking və küçə rəqsləri elementlərini ehtiva edən canlı çıxışları ilə də diqqət çəkdi.

Got7
kor. 갓세븐
Loqonun şəkli
Got7 2019-cu ildə. Soldan sağa: Mark, Jinyoung, Youngjae, Jay B, Bambam və Jackson
Got7 2019-cu ildə. Soldan sağa: Mark, Jinyoung, Youngjae, Jay B, Bambam və Jackson
Əsas məlumatlar
Üslub
Fəaliyyət illəri 2014 - günümüz
Ölkə  Cənubi Koreya
Şəhər Seul
Digər adı
  • GOT7
Dil koreya, ingilis,çin,yapon,tay
Leybl
Heyət

Mark

Jay B

Jackson

Jinyoung

Youngjae

Bambam

Yugyeom
https://www.warnermusic.co.kr/artists/got7/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2014-cü ilin sonlarında Got7 Sony Music Entertainment Japan ilə müqavilə bağladı və Yapon dilində debüt sinqlı “Around The World”-u çıxartmaq üçün Yaponiya bazarına çıxdı. Onlar bir ay sonra Cənubi Koreyaya qayıdıb, ölkənin hit-paradlarına başçılıq edən ilk tammetrajlı studiya albomu olan Identify çıxartdılar. 2015-ci ildə Got7, “Just Right”“Mad” EP’lərini çıxartdırlar, bununla da, kommersiya baxımından “Just Right” ən uğurlu sinqlları oldu. 2016-cı ildə onlar, Oricon Albums Chart-a üçüncü olaraq daxil olan, tammetrajlı studiya albumu Moriagatteyo ilə Yaponiya bazarına yönəldilər.

Onların beşinci Koreya albumu EP Flight Log: Departure və ikinci tammetrajlı studiya albumları Flight Log: Turbulence hər ikisi də siyahılarda lider idi və 2017-ci ildə Flight Log seriyasının sonuncu EP Flight Log: Arrival-ı onların ilk 300.000-dən çox nüsxə satan albumu oldu.

Qrup 2021-ci ilin yanvarında şirkətlə müqavilələri bitdikdən sonra, JYP Entertainmentdən ayrıldılar.

2009–2013: JJ Project və formalaşması

[redaktə | mənbəni redaktə et]

2009-cu ildə Cey B və Cinyounq açıq seçmələrdən keçdikdən sonra JYP Entertainment-a cəlb olundular. 2010-cu ildə Mark və BamBam, müvafiq olaraq ABŞ-nin Los-AncelesTayland-ın Banqkok şəhərlərində JYP tərəfindən kəşf edildi, həmin il Yugyom, rəqs məktəbində bir fürsət tapdıqdan sonra JYP stajyeri oldu. Dekabr ayında Cekson, JYP-nin Honq Konq-daki xarici seçməsindən keçdi, ancaq 2011-ci ilin yayına qədər məşqlərinə başlamadı.

O zamanlar səhnə adı "Junior" ilə tanınan Cinypunq və Cey B, 2012-ci il "Dream High 2" televiziya dramında aktyor olaraq ilk çıxışlarını etdilər. May ayında "Bounce" adlı pop sinql ilə ikili JJ Project olaraq çıxış etdilər. İkili yenidən 2013-cü ildə "When a Man Falls in Love" dramının aktyoru kimi meydana çıxdı.

Bu vaxt Mark, Cekson, BamBam və Yugyom qrup olaraq birlikdə debüt etməyə hazırlaşırdılar. Onlar ilk televiziyadakı çıxışlarını Mnet-in 6 sentyabr 2013-cü ildə yayımlanan "Who is Next: WIN" proqramının dördüncü hissəsində etdilər. Qrupa qatılan yeddinci və son üzv yalnız yeddi ay stajyer olmuş Younqce idi.

2014-cü ildə debut

[redaktə | mənbəni redaktə et]

JYP Entertainment, 2008-ci ildə 2PM-dən bu yana çıxartdığı ilk oğlan qrupu Got7-nin ilk çıxının 1 yanvar 2014-cü ildə olacağını elan etdi. Qrupun əvvəlcədən adı "Get7" (kor. 겟 세븐) idi, lakin koreyaca yaxşı səslənmədiyi üçün dəyişdirildi. Son ad, "yeddi şanslı insan bir araya gəlir" mənasını verən şanslı yeddi nömrəsini əhatə edir.

Got7, çıxışlarında martial arts tricking və b-boying üslublarını özündə cəmləşdirən bir hip-hop qrupu olaraq xarakterizə edildi. Bu janr, akrobatik rəqs janrı ilə məşhur olan 2PM qrupu ilə müqayisə edildi. Beləliklə, qrup rəsmi debütdən əvvəl də diqqət çəkdi və "post 2PM" ləqəbini aldı.

Got7, 20 yanvar 2014 tarixində ilk EP, "Got It?"-i çıxartdı. Albom Billboardın Dünya Albomları Siyahısında 1-ci sırada yer aldı və Gaon Albüm Siyahısında 2-ci oldu. Got7, 16 yanvar 2014-cü ildə "Mnet-in M Countdown" vasitəsilə rəsmi musiqi proqramında ilk dəfə "Girls Girls Girls" adlı ilk mahnısını səsləndirdi. Debütlərindən qısa müddət sonra qrup Yaponiyanın Sony Music Entertainment şirkəti ilə müqavilə imzaladı və Yaponiyada 9 min pərəstişkarı qarşısında çıxış etdi.

2020–2021: Dye, Breath of Love: Last Piece və JYP -dən ayrılma

[redaktə | mənbəni redaktə et]

20 aprel 2020 -ci ildə Got7 on birinci EP, "Dye"-ı və "Not By the Moon" mahnısını təqdim etdi. İlk gün 159.098 nüsxə, ilk həftədə 281 min 791 nüsxə sataraq ilk gün və birinci həftə satışları üçün şəxsi rekordlarını qırdılar. EP həmçinin Billboard Dünya Albomları cədvəlində 4 -cü yerdə debüt etdi. 450.000 -dən çox nüsxə sataraq bu günə qədər ən çox satılan albomları oldu. 30 noyabrda Got7 dördüncü studiya albomu "Breath of Love: Last Piece" və aparıcı sinql "Last Piece" ilə birlikdə buraxdı. Noyabr ayının 23-də "Breath" adlı sinql çıxdı.

10 yanvar 2021 -ci ildə JYP Entertainment əvvəlcə müqavilələrinin bitəcəyini açıqladı. Elandan üç gün əvvəl, digər xəbərlərdə, Yuqyomun etiketi AOMG üçün tərk etdiyini söylədiklərinə baxmayaraq, JYP sonradan üzvlərin hansı agentliklə əlaqə saxladıqlarını təsdiq etmələrinin çətin olduğunu aydınlaşdırdı. Yanvarın 11 -də JYP Entertainment, bütün üzvlərinin 19 yanvar 2021 -ci ildə müqaviləsi bitdikdən sonra şirkətdən ayrılacağını təkrarlayan rəsmi bir açıqlama yayıb.

2021: "Encore" və solo fəaliyyətlər

[redaktə | mənbəni redaktə et]

Fevralın 19 -da Got7 yeni bir YouTube kanalında "Encore" adlı yaxınlaşan bir sinql üçün bir tizer yayımladı və ertəsi gün mahnı yayımlandı.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. [1]Arxivləşdirilib 2021-01-13 at the Wayback Machine 갓세븐, JYP 떠난다 [공식]