Grammosciadium platycarpum

Yastımeyvə karopodium (lat. Caropodium platycarpum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin karopodium cinsinə aid bitki növü.

Yastımeyvə karopodium
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Caropodium platycarpum

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik, çılpaq bitkidir. Gövdə qalxanvari budaqlanır, 20-45 sm hündürlüyündədir. Yarpaq ayası nazik, sərt və yarıqlıdır, kasa yarpaqlarının dişcikləri görünür. Yarpaq lövhələri lansetvaridir, ikiqat-yarılmış lələklidir, son ayları uzun, nazik, cod tükcüklüdür. Çətirlərində 5-12 ədəd şüaları vardır. Kasa yarpaqlarının dişicikləri qısa, bizvaridir, meyvə ətarfında bərkdir. Meyvələri çox uzundur, 9-10 mm-dir, qanadsızıdır, qısa yoğun ayaqcıqlı, pişik pəncəsinə bənzərdir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofitdir. Orta və yuxarı dağ qurşaqlarında, meşə-kolluq, quru yamaclarda rast gəlinir. Efiryağlı bitkidir.

Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Küküdağ, Dərəboğaz və Batabat əraziləri; Culfa rayonu — Aracıq dağ; Ordubad rayonu — Nürgüt, Nəsirvaz kəndləri ətrafı).

 Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Antropogen təsirlər nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Ədviyyat kimi əhali tərəfindən həddindən artıq toplanılması. 

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyaları nisbətən təhdit altında olduğundan qorunması vacibdir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Grammosciadium platycarpum Boiss. & Hausskn.
  • Stenodiptera platycarpa (Boiss. & Hausskn.) Koso-Pol.