Gravity of Love (azərb. Cazibə sevgisi) ― Enigma musiqi layihəsi adından 1999-cu ildə çıxarılmış sinql. Mahnı Enigma musiqi layihəsi adından çıxarılan The Screen Behind the Mirror albomuna daxil olan iki sinqldan birincsidir.
"Gravity of Love" | ||||
---|---|---|---|---|
Enigma tərəfindən The Screen Behind the Mirror albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 1999, 15 noyabr | |||
Format | sinql | |||
Janr | New Age | |||
Dil | ingilis dili | |||
Müddət | 03:58 | |||
Prodüser | Michael Cretu | |||
Leybl | Virgin Records, EMI[d] | |||
Studiya | A.R.T. Studios, Ibiza | |||
Enigma sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Mahnının vokal hissəsi Böyük Britaniya Olive musiqi qrupunun solisti Ruth-Ann Boyle tərəfindən ifa edilib. Mahnıda həmçinin məşhur alman bəstəkarı Carl Orffun Carmina Burana əsərinin elementlərindən istifadə edilib.
Mahnının klipi də olduqca uğurlu alınmışdır. Klipdə orta əsr Avropa ball maskaradlarından biri təsvir edilmişdir. Klip Avstriyanın Vyana şəhəri yaxınlığındakı məşhur saraylardan birində çəkilmişdir. Klipin rejissoru Thomas Jobdur.