Ağ durna (lat. Leucogeranus leucogeranus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin leucogeranus cinsinə aid heyvan növü.
Leucogeranus leucogeranus | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Leucogeranus leucogeranus |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Azərbaycanda heç bir mənfi təsirə məruz qalmadan həmişə kritik vəziyyətdə olub.
Boyu 140 sm, qanadlarının açılmış vəziyyətdə uzunluğu 2,1-2,3 m, kütləsi 5-8,6 kq-dır. Ümumi rəngi ağ, qanadlarının ucu qara, ayaqları çəhrayı rəngdədir. Erkək fərd dişidən azca iri və dimdiyi nisbətən uzundur.
Miqrasiya zamanı və bəzən qışda Xəzər sahili boyu, iri daxili su-bataqlıq sahələrinin dayaz sularında müşahidə olunur. Hər il eyni yuvalama və qışlama yerlərinə qayıdırlar. Oktyabr ayında Azərbaycandan keçir. Şirvan MP-də müntəzəm qeydə alınır. Sayı 1 fərd olur. Ağgöl gölündə və Samux rayonu ərazisində əvvəllər qeydə alınmışdır.
Miqrasiya vaxtında və qışlaqlarda, keçilməz açıq bataqlıqların və göllərin dayaz su sahələrində olur. Yazda və payızda ağ durnanın yemini xırda balıqlar, gəmiricilər, kərtənkələ, qurbağa, ilan və s., müvəqqəti dincəlmə yerlərində olan su bitkiləri təşkil edir.
Elmi, estetik və dekorativ əhəmiyyəti var.
Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan Milli Parkı və digər xüsusi rejimlə qorunan ərazilər pozitiv təsir edib. Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına, CITES, Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib qorunur.
Növün kritik vəziyyətinin geniş maarifçiliyə ehtiyacı var.