Turnefor qundeliyası (lat. Gundelia tournefortii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qundeliya cinsinə aid bitki növü.
Turnefor qundeliyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Turnefor qundeliyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Nadir, Ön Asiya növüdür.
Naxçıvan AR – Ordubad rayonu (Parağa və Billov kəndlərinin ətrafı). Azərbaycandan kənarda – Türkmənistan, İran, aralıq dənizin şərq hissəsi və Kiçik Asiyanın flora rayonlarında.
Quru gilli, daşlı yamaclar və orta dağlıq qurşağının dəniz səviyyəsindən 1800 m hündürlüyə qədər yamacları.
Növün arealı və ehtiyatı azalır.
Mal-qaranın otarılması, biçin və torpaqlardan istifadə edilməsi.
Toxumla çoxalır.
Məlumat yoxdur.
Xüsusi tədbirlər qəbul edilməmişdir.
Populyasiyaların vəziyyətinə nəzarət etmək, Bilav kəndi ətrafında yasaqlıq təşkil etmək, mədəni əkinçiliyə cəlb etmək lazımdır.