Gymnadenia conopsea

Çılpaq dəmirsəhləb (lat. Gymnadenia conopsea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dəmirsəhləb cinsinə aid bitki növü.

Çılpaq dəmirsəhləb
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Gymnadenia conopsea R.Br.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25-60 sm olan, çoxillik bitkidir. Kök yumruları 3-6 bölümlüdür. Gövdəsi əsasından qonur qına bürünmüşdür. Yarpaqları xətvari-neştərşəkilli, ucu sivriləşmiş, eni 2,5 sm-ə qədərdir, yuxarı yarpaqları xırdadır. Çiçək qrupu silindrikdir çoxçiçəkli, uzunluğu 15 sm-ə qədər olan, sıx sünbülcükdür. Çiçək altlığı ellipsvarineştərşəkillidir, sivridir, yuxarıdakılar çiçəkdən qısa, aşağıdakılar isə uzundur. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və yaxud enliyumurtaşəkilli, bənövşəyi-çəhrayı və ya açıq bənövşəyi-qırmızıdır, gözəl ətri var. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, Alazan-Əyriçay, KQ şimal, KQ cənub, KQ mərkəzi, Lənk. dağ. Yuxarı (bəzən aşağı) dağ qurşağında.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Alp və subalp çəmənliklərində, meşənin açıq yerlərində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Kök yumrularından alınan dərman otu tibbdə istifadə olunur.