Hökümə Fərman qızı Quliyeva — bioloq, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin "Onurğasızlar zoologiyası kafedrası"nın professoru[1], biologiya elmləri doktoru[2][3][4].
1950-ci il sentyabr ayının 3-də Bakı şəhərində hərbi həkimin ailəsində anadan olmuşdur. Ailəlidir, iki oğlu və üç nəvəsi vardır.
1968-cu ildə Bakı şəhərində 31 saylı orta baza məktəbini bitirmişdir. 1969-1975-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil almışdır. 1975-ci ildə Azərbaycan MEA Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1979-cu ildə Azərbaycan MEA Zoologiya İnstitutunun aspiranturasını bitirmişdir. 1983-cü ildə "Pambıq sovkasıında (Heliothis armigera) amin turşuları və zülalların miqdarının yaş və mövsümi dəyişkənliyi" adlı namizədlik[5]; 1999-cu ildə “Kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərinin (Noctuidae, Pieridae, Aphididae) ekoloji, fizioloji, biokimyəvi xarakteristikası və Azərbaycan şəraitində onlara qarşı mübarizə sistemində yuvenoidlərdən istifadə olunmasının elmi sxemlərinin hazırlanması” adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir.
- Baş elmi işçi elmi adı (1992)
- Professor ( 2007)
Eksperimental entomologiya, Həşəratların ekoloji fiziologiyası və biokimyası, Bitki mühafizəsi.
- Respublika Klinik Xəstəxanası (1970); MEA Genetika və Seleksiya İnstitutu (1971); Virusologiya, Mikrobiologiya və Gigiyena ET İnstitutu (1972); MEA Zoologiya İnstitutu (1974); Bakı Dövlət Universiteti (2001).
- 2001-ci ildən BDU-nun Onurğasızlar zoologiyası kafedrasında professor vəzifəsində çalışır;
- “Onurğasızlar zoologiyası” (rus bölməsi), “Entomologiya və bitki mühafizəsi” (rus bölməsi), “Tibbi entomologiya” (azərb. və rus bölmələri) “Onurğasızlar faunasının qorunması” (azərb. və rus bölmələri), “Həşəratların fiziologiyası” (azərb. və rus bölmələri), “Həşəratların ekologiyası” (azərb. və rus bölmələri), “Entomologiyanın tədqiqat metodları” fənnlərindən dərs deyir.
- 4 monoqrafiya, 3 dərslik, 8 dərs vəsaiti, 20 proqram, 109 elmi məqalə, elmi tövsiyələr, 2 ixtira və 3 elmi-əməli təkliflərin müəllifidir.
- Hazırda bir doktorluq dissertasiyasının məsləhətçisi və iki biologiya üzrə fəlsəfə doktoru dissertasiyasının rəhbəridir.
- Zərərli (Noctuidae, Pieridae, Aphididae, Arctiidae, Geometridae, Piralididae) və xeyirli (Bombycidae) həşərat növlərinin ekoloqo-fizioloji və biokimyəvi xüsusiyyətlərini tədqiq etmiş, onların inkişafı və say dinamikasının proqnozlaşdırılması yeni üsulunu işləyib hazırlamış, nəticələri elmi-əməli təkliflər kimi (Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, 1982-1998-ci illər; Rusiya Kənd Təsərrüfatı Akademiyası, 1997-ci il) tətbiq olunmuşdur.
- 2000-ci ildən 2016-cı ilədək Azərbaycan MEA-nın Zoologiya İnstitutunun İxtisaslaşmış Müdafiə Şurasının həmsədri, 2017-ci ildən isə Naxçvan Dövlət Universitetinin İxtisaslaşmış Müdafiə Şurasının üzvüdür.
- 2010-cu ildən 2016-cı ilədək Azərbaycan MEA-nın Zoologiya İnstitutunun Elmi İşləri Əlaqələndirmə Şurasının katibi olmuşdur.
- 2011-ci ildən hazırkı dövrədək Beynəlxalq Elm və Ali Təhsil Akademiyasının ekspertidir (“İnternational scientific expert” No exp.11-001:13-092).
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Dövlət Universitetinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.
- 2013-cü ildə Diploma”İn the foefront of science” NoDA-013/0138 (London, United Kingdom) layiq görülmüşdür.
- 2014-2016-cı illərdə Diploma “Sophist” No DS-014/0115, No DS-015/0111, No DS-016/0052 (London, UK) təltif olunmuşdur.
- 2012 – “Bekkerov qiraəti” I Beynəlxalq Konfrans, Volqoqrad – Rusiya.
- 2013 – “Bioloji resursların bərpası və mühafizəsi problemləri” LXVIII Beynəlxalq Konfransı, London
- 2015 – “Bioloji orqanizmlərin sosial inkişaf proqramlarının keyfiyyəti və həyat”, LXXXV Beynəlxalq Konfransı, London
- 2016 – “Biosferin çirklənməsi şəraitində insan və heyvan xəstəlikləri problemi”, CXX Beynəlxalq Konfransı, IASHE
- 2016 – “Innovation approaches in diagnostics and treatment of human and animal diseases caused by injuries,genetic and pathogenic factors”, CXIX Beynəlxalq Konfrans, London
- 2017 – “İnsanın xroniki və infeksion xəstəlikləri, epizootiya və epifitotiya – bioloji həyat şəraitinin dəyişilməsinin nəticəsi kimi və əsas tədqiqat istiqamətləri”, CXLIX Beynəlxalq Konfransı, IASHE
- 2017 – “ Canlı təbiət və insanın optimal həyat fəaliyyətinin təminatının tibbibioloji problemlərinin dəf olunması və ənənəvi eksperimental üsullarının tədqiqi”, CXLII Beynəlxalq Konfransı, London
- Hokuma Guliyeva Study of qualitative photoperiodic reaction, regulating and development rate of caterpillars of Tephrina arenacearia Den.et Schiff (Lepidoptera, Geometridae). Intern.Jour.of Acad.Res., vol.3, N 2, 2012, P. 144-146.[6]
- Кулиева Х.Ф. Фотопериодические адаптации у насекомых чешуекрылых (Lepidoptera), имеющих летнюю диапаузу в Азербайджане. В сб. «Биологические ритмы», БГУ им. А.С. Пушкина, Беларусь, 2012, с. 122-125.
- Hokuma Kuliyeva, Ulker Sultanova. The influence of distinction of forage on a physiological condition of the american white butterfly Hyphantria cunea Drury. (Lepidoptera, Arctiidae). Intern.Acad.of Science and Higher Education, Published by IASHE, London, 2013, P. 15-18.
- Кулиева Х Ф., Ахмедов Б.А. Влияние длины дня на развитие гусениц некоторых чешуекрылых (Lepidoptera) при переменной температуре.Вестник Саратовского гос.ун-та им. Н.И. Вавилова, № 11, 2014, С.25-28.
- Hokuma Kuliyeva New approach in assessment of the physiological state of pupae of the american white butterfly of Hyphantria cunea Drury. (Lepidoptera, Arctiidae)/ Jour.Gisap: biology, veterinary, medicine and agricultural sciences, 2015, No 7, pp. 31–34.
- Кулиева Х.Ф. Биоэкологическая и физиологическая характеристика совки Dysgonia algira L. (Lepidoptera, Noctuidae) на гранате. Журнал Аграрный вестник Урала, 2016, т.146, № 04, С.23-29.
- Кулиева Х.Ф. Влияние изменений климата на параметры фотопериодической реакции у американской белой бабочки Hyphantria cunea Drury. Bicник Харкiвського нац.Унiверситету iмени В.Н. Каразiна. Сер. «Биология», 2016, т.25, С.267-274.
- Kuliyeva H.F.Analysis of peculiarities of photoperiodic adaptations of the Azerbaijan populations of pests with the summer diapause. Jour.Gisap: biology, veterinary, medicine and agricultural sciences,2016, No 09, pp. 25–33.
- Kuliyeva H.F.,Hasanova L.V. Biology of development and physiology of the Apsheron population of pomegranate Euzophera punicaella Moore (Lepidoptera, Pyralididae). Jour.Gisap: biology, veterinary, medicine and agricultural sciences, 2016, No 09, pp. 21–24.
- Кулиева .Х.Ф. Роль фотопериода в развитии азербайджанской популяции зеленой яблонной тли Apis pomi Deg. (Homoptera, Aphididae). Published by IASHE, 2017, pp. 23–27.
- Kuliyeva H.F. Photoperiodical adaptation of the Azerbaijan population of Idaea degeneraria Hubn. (Lepidoptera, Geometridae). Jour. Entomology and Zoology Studies, 2018, vol.6, N 3, pp. 38–41.
- Хокума Кулиева Эколого-физиологические основы прогноза развития вредных насекомых, Lambert Academic Publishing GmbH&Co.KG, 2012 (монографийа)
- Ağamalıyev F.Q., Quliyeva H.F. Onurğasızlar zoologiyası, Bakı, 2012, (dərslik)
- Quliyeva H.F., Səfərova İ.M. Həşəratların ekoloji fiziologiyası, Bakı, 2013 (dərs vəsaiti)
- Quliyeva H.F., Muradova E.Ə., Qarabəyli O.Z. Onurğasızlar zoologiyası (tədris-metodik kompleks), 2014 (dərs vəsaiti)
- Quliyeva H.F. Tibbi entomologiya, Bakı, 2014 (dərslik azərb.dilində)
- Quliyeva H.F. Zərərli həşəratlar: neyroendokrin tənzimin fizioloji və biokimyəvi aspektləri”, Bakı, 2015 (monoqrafiya)
- Quliyeva H.F. Entomologiyanın tədqiqat metodları, Bakı, 2015 (dərs vəsaiti)
- Кулиева Х.Ф. Медицинская энтомология, Баку, 2016 (dərslik rus dilində)[7]
- Кулиева Х.Ф. Зоология беспозвоночных (конспект лекций), Баку, 2017 (dərs vəsaiti)
- Кулиева Х.Ф. Энтомология (конспект лекций), Баку, 2017 (dərs vəsaiti)