BDU Biologiya fakültəsi

Bakı Dövlət Universitetinin Biologiya fakültəsiBakı Dövlət Universitetinin fakültələrindən biri.

Biologiya fakültəsi
Bakı Dövlət Universiteti
Yaradılma tarixi 1934
Dekan Afət Məmmədova
Yerləşməsi
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Bakı Bakı
Digər məlumatlar
Sayt biology.bdu.info.az

Biologiya fakültəsi 1934-cü ildən müstəqil fakültə kimi fəaliyyət göstərir. Fakültənin ilk dekanı ixtisasca bitki fizioloqu olan professor D.A.Şutov olmuşdur (1934–1935).

Biologiya fakültəsində 5 kaferda fəaliyyət göstərir. Bu kafedralar aşağıdakılardır:

  1. Molekulyar biologiya və biotexnologiyalar
  2. Biokimya
  3. Botanika və Bitki fiziologiyası
  4. Genetika
  5. Zoologiya

Bu kafedralarda bakalavr və magistratura təhsil pillələrində tədris proqramları əsasında adı çəkilən ixtisaslar üzrə dərslər keçirilir. Həmin ixtisaslar üzrə elmi işlər aparılır. Fakültədə Biotexnologiya və Biosimulator laboratoriyaları fəaliyyət göstərir.

Təkamül Təlimi Muzeyi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Təkamül Təlimi Muzeyi

Bakı Dövlət Universitetinin M.A.Axundov adına "Təkamül təlimi" muzeyi biologiya elmləri doktoru, professor, Əməkdar müəllim və elm xadimi, "Genetika və təkamül təlimi" kafedrasının yaradıcısı olan Mirəli Axundov tərəfindən 1937-ci ildə təsis olunmuşdur.

Fakültədə təhsil əyani və qiyabi formalarda, azərbaycan və rus dillərində aparılır. Fakültədə 1000-dən çox tələbə və magistrant təhsil alır, onların təlim-tərbiyəsi ilə 86 nəfərdən ibarət olan professor-müəllim heyəti məşgul olur, onlardan 1 nəfəri akademik, 1 nəfər AMEA-nın müxbir üzvü, 19 nəfər elmlər doktoru, professor, 62 nəfəri elmlər namizədi, dosent, baş müəllim və müəllimdir.

  1. Biologiya
  2. Biologiya müəllimliyi
  3. Su bioehtiyyatları və akvabitkilər
  4. Biotexnologiya
  5. Qida mühəndisliyi
  6. Bitki mühafizəsi
  1. Botanika
  2. Mikologiya
  3. Onurğasızlar zoologiyası
  4. Entomologiya
  5. Mikrobiologiya
  6. Sənaye mikrobiologiyası
  7. İnsan və heyvan fiziologiyası
  8. Bitki fiziologiyası
  9. Biokimya
  10. Biotexnologiya
  11. Nanobiotexnologiya
  12. Genetika
  13. Bitkilərin genetikası və seleksiyası
  14. Biofizika
  15. Molekulyar biologiya
  16. Onurğalılar zoologiyası
  17. İxtiologiya
  18. Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq

Beynəlxalq Əlaqələri

[redaktə | mənbəni redaktə et]

Biologiya fakültəsinin geniş beynəlxalq əlaqələri vardır. Belə ki, Rusiyanın Bax adına Biokimya İnstitutu, Gürcüstanın Tbilisi Dövlət Universiteti, İspaniyanın Corunya Universiteti, Fransanın Nant İnstitutu bunlara misal ola bilər.

Akkreditasiya müddətində Bakı Dövlət Universiteti və Çexiyanın Karlova Universiteti, eləcə də Bakı Dövlət Universiteti və Çexiyanın Kimya Texnologiyaları İnstitutu arasında magistr mübadiləsi və elmi əməkdaşlıq haqqında razılaşma imzalanmışdır. Bundan əlavə, Biologiya fakültəsi və Çexiyanın Brno şəhərinin Mendel adına Dövlət Universiteti arasında müqavilə imzalanmışdır.