Hörümçək-adam — 1977-ci ildə televiziya üçün hazırlanmış ABŞ istehsalı superqəhrəman filmi. Filmin ABŞ-dən kənar nümayişləri olmuşdur və bunlar 1978-ci ildə istehsal olunan Heyrətamiz Hörümçək-adam teleserialının pilot seriyası kimi xidmət göstərirdi. Filmin rejissoru İ. U. Suokhemr, ssenaristi isə Elvin Boretzdir. Baş rol Nikolas Hemmonda məxsusdur. Digər obrazlara həyat verənlər isə Devid Uayt, Maykl Peteki, Ceff Dunill və Teyr Deviddir.
Hörümçək-adam | |
---|---|
ing. The Amazing Spider-Man | |
Janr | döyüş filmi |
Rejissor | İ. U. Suokhemr |
Prodüserlər |
Çarles U Frays |
Ssenari müəllifi | Elvin Boretz |
Baş rollarda |
Nikolas Hemmond Devid Uayt Maykl Peteki Ceff Dunill Teyr Devid |
Bəstəkar | Conni Spinsi |
İstehsalçılar |
Danchuck Productions |
Distribütor | Columbia Pictures Television |
İlk baxış tarixi | 14 sentyabr 1977[1], 15 mart 1978[1], 21 aprel 1978[1], 16 iyun 1978[1], 16 iyun 1978[1], 14 avqust 1978[1], 12 oktyabr 1979[1], 4 aprel 1980[1], 14 may 1981[1], 4 sentyabr 1981[1], 5 oktyabr 1981[1] |
Müddət | 88 dəqiqə |
Büdcə | 9 milyon $ |
Gəlir | 9.000.000 $ |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 14 sentyabr 1977 |
Rəng | rəngli[2] |
Çəkiliş yeri | Los-Anceles |
IMDb | ID0075671 |
Vikianbarda əlaqəli mediafayllar |
Film Columbia Pictures-in ilk Hörümçək-adam filmidir. Davamında isə, Hörümçək-adam: Geri Qayıdır və Hörümçək-adam: Əjdaha Çağırışı filmləri istehsal olunmuşdur.
Piter Parker (Nikolas Hemmond), Daily Bugle-də işləyən bir fotoqrafdır. O radioaktiv bir hörümçək tərəfindən dişləndikdən sonra, özündə yeni super-güclər kəşf edir. Quru (Teyr Devid) insanları ağılla idarə edərək yerləşdirərkən, bankları qarət edəcəyini və 50 milyon dollar ödəmədiyi təqdirdə on Nyu-Yorkluya intihar əmri verəcəyinə söz vermək üzrə onları qorxudur. Piter isə fırıldaqçının bu planlarını dayandırmaq üzrə Hörümçək-adama çevrilir. İşlər pis gedir çünki, cani Hörümçək-adam binadan-binaya hoppanaraq onun komandasını pusarkən, o və onun dostu Cudini on nəfərdən biri olaraq hipnoz edir, lakin şanslı Piter hipnozun təsirindən çıxır və öz istiqamətində Qurunu dayandırır.[3]
Hörümçək-adamın binaların üzərinə hoppandığı və divarlara dırmaşdığı səhnələr kompleks qurğular və binaların arasında gizlənmiş kabellər vasitəsilə qeydə alındı. Dublyor qaldıracaqları kaskadyor Fred Uoqhu tavana qaldırdı və sonra telin təzyiqi onu yuxarı çəkərkən, sürüşmə yolu ilə koridorda gəzməyə başladı.[4] Hörümçək-adamın binadan-binaya hoppandığı səhnə son dərəcə təhlükəli və ağır büdcə tələb edən səhnə idi və bu səhnənin çəkilişinə iki gün sərf olundu; bu kadrları təkrar yaratmağ üçün, çoxölçülü kameralardan istifadə olundu və əldə olunan görüntülər bir sonrakı teleserial üçün istifadə olundu.[5]
Filmin premyerası, 14 sentyabr 1977-ci ildə CBS-də nümayiş olundu. Film 30 paylaşımla 17.8 reytinq aldı və bütöv bir vaxtda CBS istehsalında ən yüksək çıxışlarından birini etdi. Film xaricdə nəşr olundu və Columbia Pictures tərəfindən paylandı. Xüsusilə də Böyük Britaniyada, Hörümçək-adam müstəqil nəşr kimi qəbul olundu və Sinbed və Pələngin Gözü kimi ikiqat hesab üzərinə ilk film kimi yenidən nəşr olundu. Film ilk dəfə 1980-ci ildə VHS / Laserdisc-də nəşr olundu.[6][7][8][9]
Hörümçək-adam: Geri Qayıdır filmi, 21 dekabr 1978-ci ildə Avropa kinoteatrlarıda nümayiş olunan, Heyrətamiz Hörümçək-adam serialının "Ölümcül toz" adlı seriyasının bir kompozisiyasıdır. Bundan sonra, Hörümçək-adam: Əjdaha Çağırışı adlı ikinci film Avstraliya və Avropada nəşr olunmuşdur.