Hümbət Oruc oğlu Eminov — Alim, kimya elmləri namizədi, dosent, Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) kimya-texnologiya fakültəsinin dekanı, daha sonra qiyabi və axşam şöbəsi üzrə prorektoru (1992-1994), "Analitik kimya" kafedrasının müdiri (2004-cü ildən).[1]
Hümbət Eminov | |
---|---|
Hümbət Oruc oğlu Eminov | |
Doğum tarixi | |
Doğum yeri | Qazax, Azərbaycan, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Elm sahəsi | Kimya |
Elmi dərəcələri | Ali, Elmlər namizədi |
Elmi adı | dosent |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Hümbət Eminov 1940-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1948-ci ildə Qazax şəhər 1 saylı orta məktəbinə gedib, 1958-ci ildə həmin məktəbi bitirmişdir.
1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdur.[1]
1963-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır.[1]
1973-cü ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır.[1]
1977-ci ildə baş elmi işçi vəzifəsinə keçirilmişdir.
1981-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) "Əsas üzvü və neft-kimya sintezinin texnologiyası” kafedrasına müsabiqə yolu ilə dosent seçilmişdir. 1983-cü ildə kimya-texnologiya fakültəsinə müsabiqə yolu ilə dekan seçilmiş, 1992-1994-cü illərdə isə institutun qiyabi və axşam şöbəsi üzrə prorektoru olmuşdur.[1]
1995-ci ildə yenidən kimya-texnologiya fakültəsinə dekan seçilmiş və 2003-cü ilə qədər həmin vəzifədə çalışmışdır.
2004-cü ildə "Analitik kimya" kafedrasına müsabiqə yolu ilə müdir seçilmişdir.[1]
105 elmi əsərin, 40-dan çox metodik işin, 8 müəlliflik şəhadətnaməsinin və 10 patentin müəllifidir. Dövlət və hökumət mükafatları var.[1]
2016-cı ildə Bakı şəhərində vəfat etmişdir.[1]