Hümbət Sərxoş oğlu Hümbətov (1 avqust 1965, Aşağı Seyidəhmədli, Füzuli rayonu) — Aqrar elmlər üzrə fəlsəfə doktoru, ADAU-nun professoru.
Hümbət Hümbətov | |
---|---|
Hümbət Sərxoş oğlu Hümbətov | |
| |
Doğum tarixi | 1 avqust 1965 (59 yaş) |
Doğum yeri | |
Elmi dərəcəsi | Aqrar elmlər üzrə fəlsəfə doktoru |
Elmi adı | professor |
İş yerləri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Hümbət Hümbətov 1965-ci ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur.[1] 1982-ci ildə Aşağı Seyidəhmədli kənd orta məktəbinin 10-cu sinfini bitirmişdir. 1985-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstititutunun Aqronomluq fakültəsinə daxil olmuş, 1990-cı ildə həmin fakültənin Seleksiya və toxumçuluq ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1989–90-cı illərdə V. Y. Yuryev adına Ümumittifaq Bitkiçilik, Genetika və Seleksiya İnstitutunda təcrübə keçmişdir. 1990–1991-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq instititunda elmi işçi işləmiş, 1993-cü ildə AKTA-nın aspiranturasını, 2004-cü ildə doktoranturasını bitirmişdir. Aqrar elmlər üzrə fəlsəfə doktorudur. "Azərbaycan respublikası şəraitində həna və basma bitkiləri becərilməsinin optimallaşdırılması" mövzusunda doktorluq dissertasiyası yerinə yetirmişdir. Hazırda ADAU — nun Bitkiçilik kafedrası üzrə professorudur. Yerli və xarici mətbuatda 100-ə yaxın elmi məqalə, proqram və metodiki göstərişi çap edilmişdir. "Azərbaycanda basma bitkisinin becərilməsi və ondan istifadə edilməsinə dair tövsiyələr"in (1994), "Texniki bitkilər" adlı dərsliyin (2010), "Həna (Lawsonia)" (2011) və "Basma (İndigofera)" (2012) adlı monoqrafiyaların, "Pambıq lifinin texnologiyası" (2012), "Yem otları" (2013), "Şirəli yem bitkiləri" (2013), "Şəkərli və nişastalı bitkilər" (2014), "Lifli bitkilər" (2015), Yağlı və efir yağlı bitkilər (2016), Şəkər çuğunduru (2019), Yem istehsalı (2020), Yem otlarının toxumçuluğu (2023) adlı dərs vəsaitlərinin, Bitkiçiliyin nəzəri əsasları (2023) adlı dərsliyin, Hidroponika (2024)adlı tövsiyənin, Ozon və onun istifadəsi (2024) adlı tövsiyənin müəllifidir. Ailəlidir, bir oğlu var.