Hündür araliya (lat. Aralia elata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü.
Hündür araliya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Hündür araliya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır.
Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır. Meyvəsi göy-qara, giləmeyvəli, beş çəyirdəkli, diametri 3-5 mm-dir. Sentyabr-oktyabrda meyvəsi yetişir. Meyvəsi tünd-bənövşəyi, giləmeyvəşəkilli, şarşəkilli, beş, bəzən altı hissəli, ətli ekzokarpdır. Toxumları hamar endospermlidir. Toxumlarla və zoğları ilə çoxalır.
Meşələrdə, daşlı-qayalı yerlərdə dəniz səviyyəsindən 2700 m-dən hündürlükdə bitir.
Mərdəkan dendrarisində 1992-ci ildə introduksiya edilmişdir.
Tərkibində müxtəlif toksik qlikozidlər və alkaloidlər vardır. İri yarpaqları, enli çiçək qrupları ilə çox gözəldir və landşafta özünəməxsus ekzotik görünüş verir. Araliyanın yarpaqları, qabığı və kökləri (Rasix Araliae) dərman xammalıdır.