Hüseyn Şəhabi (fars. حسین شهابی; 28 noyabr 1967[1], Təbriz – 22 yanvar 2023[2], Kərəc) — İranlı film rejissoru, ssenarist və prodüseri.
Hüseyn Şəhabi | |
---|---|
fars. حسین شهابی | |
Doğum tarixi | 28 noyabr 1967[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 2023[2] (55 yaşında) |
Vəfat yeri |
|
Vətəndaşlığı | |
Həyat yoldaşı | Bahar Ənsari |
Uşağı | Siavaş Şəhabi |
Atası | Əkbər |
Anası | Səkinə |
Fəaliyyəti | kinorejissor, ssenarist, kinematoqraf, film bəstəkarı, şair, film prodüseri |
Fəaliyyət illəri | 1996–2023 |
Təhsili | |
Mükafatları | Vyana, Mardel plata, Çikaqo, Kerala, Fəcr film festivalları |
IMDb | ID6745899 |
Vikianbarda əlaqəli mediafayllar |
Hüseyn Şəhabi 20 sentyabr 1967-ci ildə İranın Təbriz şəhərində, azərbaycanlı ailəsində anadan olub[3]. Tehran Universitetində klassik musiqi təhsilini bitirdikdən sonra bir müddət nəstəliq xəttdən və musiqidən dərs deyib.
1996-cı ildə Tehran Universitetində klassik musiqi təhsil bitirdikdən sonra, onun ilk işi "Yüz dəfə yüz" (fars. صدبرابر صد) qısametrajlı filmi olur. Bu film ona kinomatoqrafiyanın 100 illiyi münasibətilə təşkil olunmuş festivalda "ən yaxşı film" və "ən yaxşı rejissorluq" nominasiyalarında mükafatlar qazandırır. Bundan sonra o 20 qısametrajlı 10 daxili bazara hesablanmış filmləri və teatr üçün nəzərdə tutulmuş 5 ssenarini yazıb onlara rejissorluq etməklə bir çox xarici və daxili film festivallarında müxtəlif nominasiyalarda mükafatlar qazanmışdır. 2013-cü ildə çəkilmiş "Parlaq gün" (fars. روز روشن filmi tənqidçilər tərəfindən əla qiymətləndirilmiş və Tehranda keçirilinən Beynəlxalq Fəcr Film festivalında 4 nominasiyada qalib olmuş və iki fəxri diplom qazanmışdır[4]. "Parlaq gün" (fars. روز روشن filmi həm də Mar del Plata Film Festivalında nümayiş etdirildə və jüri üzvlərinin xüsusi diqqətini aldı. Bu film həm də Avstraliyanın Sidney şəhərində keçirilinə 3-cü Beynəlxalq Fars Film Festivalında, 28-ci Boston kinofestivalında, 21-ci Hyuston kinofestivalında, 18-ci Vaşinqton kinofestivalında, 19-cu Beynəlxalq Kerala Film Festivalında da müxtəlif nominasiyalarda qalib gəlmişdir[5][6][7][8][9][10][11][12][13].
İl | İngiliscə başlıq | Farsca başlıq | Azərbaycanca başlıq |
---|---|---|---|
2017 | Conditional release | آزاد به قید شرط | Şərti azad |
2016 | The cancer period | دوران سرطانی | Xərçəng dövrü |
2014 | The Sale | حراج | Satılır |
2013 | The Bright Day | روز روشن | Parlaq gün |
2012 | For the Sake of Mahdi | بخاطر مهدي | Mehdi uğrunda |
2008 | The Last Word | حرف آخر | Son söz |
2001 | The Photo | عكس | Şəkil |
2001 | Echo | پژواك | Exo |
2001 | Rain Tree | درخت باراني | Yağış ağacı |
2000 | Wars and Treasure | جنگ و گنج | Müharibə və xəzinələr |
2000 | Votive | نذري | Əhd |
1997 | Bright Shadow | سايه روشن | Parlaq kölgə |
1997 | Tunnel 18 | تونل ١٨ | Tunel 18 |
1997 | The traces of light | رد پاي نور | İşıq izləri |
1996 | Ghost | شبح | Ruh |
2005 | Hundred to one hundred | صدبرابرصد | Yüz dəfə yüz |