Hüseyn Əli Hüseynov

Hüseyn Əli Gülbala oğlu Hüseynov (2 sentyabr 1930, Bakı, Azərbaycan SSR23 dekabr 1987, Bakı, Azərbaycan SSR) — Azərbaycan və Leninqrad rəssamlıq məktəbinin nümayəndələrindən biridir.

Hüseyn Əli Gülbala oğlu Hüseynov
Doğum tarixi 2 sentyabr 1930(1930-09-02)
Doğum yeri
Vəfat tarixi 23 dekabr 1987(1987-12-23) (57 yaşında)
Vəfat yeri
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti rəssam
Təhsili Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V. İ. Muxina adina Leninqrad Dövlət Rəssamlıq-sənayə məktəbi
Tanınmış işləri Azərbaycanda ilk azərbaycan dilində rəssamlıq dərsliklərinin müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Rəssamlıq və onun tədrisi kafedrasının yaradıcısı və müdiri
Üzvlüyü
Mükafatları Azərbaycan SSR-in Ali Sovetinin Fəxri Fərmanı.Azərbaycan SSR Dövlət mükafatı

Hüseyn Hüseynov 2 sentyabr 1930-cu ildə Bakının Buzovna kəndində anadan olub. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, sonra isə V. İ. Muxina adina Leninqrad Dövlət Rəssamlıq-sənayə məktəbini bitirib. Azərbaycan SSRnın Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.

"Şuşa motivləri" mənzərələr silsiləsi hələ tələbə olduğu zamandan tanınmağa başlanıb.

H. Hüseynovun əsərləri ilk dəfə 1954-cü ildə Respublika rəssamlıq sərgisində nümayiş olunub. Azərbaycan Dövlət Sirkinin bədii tərtibat kompleksinə daxil olan "Atlar" (1966), Aeroport mehmanxanasında "Kosmos" (1969), M. Əzizbəyov adına doğum evində "Analıq" (1976), Bakı Dəniz limanında "Tərəqqi" mozaikaları, həmçinin Azərbaycan və Moskva mehmanxanalarının interyerlərini bəzəyən orijinal süjetli vitrajlar rəssamın yaradıcılıq nailiyyətləridir. Eləcə də "Poladəridənlər" (1961), "Tələbə qız" (1963), Azərbaycan qızı, Poladəridən (1964) "Rüstəm" (1965), "Sara" (1968), "Gənclik" (1970), "And (1972), "Yeni həyata doğru" (1977) əsərləri müəllifə şöhrət qazandırıb.

Azərbaycanda ilk Azərbaycan dilində rəssamlıq dərsliklərinin müəllifi, Azərbaycan Dövlət Pedagojı Universitetin Rəssamlıq və onun tədrisi kafedrasının yaradıcısı və müdri olub.

Əsərləri R. Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında saxlanılır.

23 dekabr 1987-ci ildə Bakıda vəfat etmişdir. Buzovna kəndində dəfn olunub.

Azərbaycan SSRnin Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib. AzSSRnin Dövlət Mükafatına və AzSSRnin Əməkdar Rəssam adına təqdim olunub.