Rafiq Qənbərov

Rafiq (Rəfail) Əli oğlu Qəmbərov (31 dekabr 1947[1], Qroznı[1]) — Azərbaycan kinooperatoru və fotoqrafı, Azərbaycan Fotoqraflar Birliyinin sədri (1998–2007), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), SSRİ Dövlət Mükafatı laureatı (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2018-ci ildən).

Rafiq Qəmbərov
Digər adları Rəfail Qəmbərov
Rafael Qəmbərov
Doğum tarixi 31 dekabr 1947(1947-12-31)[1] (76 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti operator, fotoqraf
Təhsili
İstiqamət kino
Üzvlüyü
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1987 SSRİ Dövlət mükafatı — 1981
IMDb ID0436481
rafailgambarov.com

Rafiq Əli oğlu Qəmbərov 31 dekabr 1947-ci ildə Qroznı şəhərində anadan olub. 1966–1971-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində L. B. Kosmatovun emalatxanasında təhsil almışdır. Bir neçə il Rusiyada Samara kinoxronika studiyasında, sonralar "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərin quruluşçu operatoru olmuşdur.[2] Bir neçə filmdə fotoqraf-rəssam kimi də çıxış edir.

1998-ci ildə Azərbaycan Fotoqrafları Birliyini yaratmış və 2007-ci ilə qədər bu təşkilata rəhbərlik etmişdir.[3]

1 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[4]

  1. Bakı haqqında 10 dəqiqə (film, 1970)
  2. Gecə söhbəti (film, 1971)
  3. Hörmətli alim yoldaşlar (film, 1971)
  4. "Müstəntiq və məntiq" (film, 1971)
  5. Vətəndaş sərnişinlər... (film, 1971)
  6. Nəriman Nərimanov (film, 1972)
  7. Sözsüz mahnı (film, 1972)
  8. Təki dam olsun... (film, 1972)
  9. Gilas ağacı (film, 1972)
  10. Bizim küçənin oğlanları (film, 1973)
  11. 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
  12. Vulkana doğru (film, 1977)
  13. Dantenin yubileyi (film, 1978)
  14. İçəri şəhər (film, 1978)
  15. Azərbaycanın palçıq vulkanları (film, 1979)
  16. Çovqan oyunu (film, 1979)
  17. İstintaq (film, 1979)
  18. Qəribə adam (film, 1979)
  19. Lahıc (film, 1979)
  20. "...Mən salim olum, cümlə cahan batsa da batsın..." (film, 1980)
  21. Bağlı qapı (film, 1981)
  22. Cəmşid Naxçıvanski (film, 1982)
  23. Fövqəladə hadisə (film, 1982)
  24. İstirahət gecəsi (film, 1982)
  25. Rəngli yuxu (film, 1982)
  26. Zərbə (film, 1983)
  27. Gethagetdə (film, 1983)
  28. Gümüşgöl əfsanəsi (film, 1984)
  29. Park (film, 1983)
  30. Xəbərdarlıq (film, 1985)
  31. Atası yandı (film, 1986)
  32. Burulğan (film, 1986)
  33. Ölsəm... bağışla (film, 1989)
  34. Özüm və zaman haqqında (film, 1991)
  35. Prima (film, 1994)
  36. Həm ziyarət, həm ticarət... (film, 1995)
  37. Kədərimiz... Vüqarımız...
  1. 1 2 3 4 https://filmfond.az/2022/12/30/rafiq-qəmbərov-75/.
  2. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  3. "Arxivlənmiş surət". 2023-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-05.
  4. President.Az. "Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 01.08.2018. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]