Hüseyn Karasayev

Hüseyn Karasayev (qırğızca: Xусаин Карасай уулу Карасаев; 5 yanvar 1901, Tup rayonu[d], Qırğızıstan MSSR31 yanvar 1998, Prjevalsk) — qırğız alimi, türkoloq, leksikoloq, pedaqoq, ədəbiyyatçı, folklorçu. Filologiya elmləri namizədi (1944), professor (1966), Qırğızıstan Respublikasının Əməkdar elm xadimi. Qırğızıstan Milli Elmlər Akademiyasının fəxri akademiki.

Hüseyn Karasay oğlu Karasayev
Təxəllüsü Hüseyn Karasayev
Doğum tarixi 5 yanvar 1901(1901-01-05)
Doğum yeri Toktoyan aulu, Tup rayonu, İsıkgöl vilayəti, Qırğızıstan
Vəfat tarixi 31 yanvar 1998(1998-01-31) (97 yaşında)
Vəfat yeri
Milliyyəti qırğız türkü
Təhsili Qazax Pedaqoji İnstitutu, Leninqrad Şərq İnstitutu
İxtisası dilçilik
Fəaliyyəti dilçi, türkoloq, folklorçu, pedaqoq
Fəaliyyət illəri 1924-1998
Əsərlərinin dili qırğızca, rusca
Janrlar sözlük, monoqrafiya, problem məqalə
İlk əsəri "Yenilik" ("Жаңылык")
Mükafatları Qırğızıstan Respublikasının Dövlət mükafatı

Hüseyn Karasayev 5 yanvar 1901-ci ildə Qırğızıstanın İsıkgöl vilayətinin Tup rayonunun Toktoyan aulunda anadan olmuşdur.[1] 1914–1916-cı illərdə Karakoldakı rus-tuzem məktəbində təhsil almışdır. 1916-cı ildə Orta Asiayada ruslar əleyhinə üsyanda yaşanan faciəvi hadisələrdən sonra ailəsi ilə birlikdə Çinə mühacirət etmişdir.

Bir müddət orada çobanlıqla məşğul olmuşdur. 1921-ci ildə yenidən vətəninə qayıdaraq Toktoyan kəndində çalışmışdır.

1925-ci ildə Qazax Pedaqoji İnstitutuna daxil olmuş, təhsilini bitirdikdən sonra Daşkənddə ilk qırğız qəzetində çalışmışdır. 1924–1925-ci illərdə Orta Asiya Dövlət Universitetində fəhlə fakültəsində dərs demiş, partiya MK-nın Tərcüməçilər və Redaktorların Orta Asiya Bürosunun üzvü olmuşdur.

1926-cı ildə qırğızlar arasında savadsızlıqla mübarizə məqsədi daşıyan "Yenilik" ("Жаңылык") kitabının yazılmasında iştirak etmişdir. 1927-ci ildə Azərbaycanda, Bakı şəhərində yeni türk əlifbasının tətbiqi ilə bağlı plenumda iştirak etmişdir. Təhsilini yarımçıq buraxıb 1928-ci ildə Enikudze adına Leninqrad Şərq İnstitutunun nəzdindəki Türkoloji Seminariyasına daxil olmuşdur. İnstitutda dilçilikdən dərs demişdir.

1931-ci ildə Leninqrad Şərq İnstitutunu uğurla bitirmiş və Qırğızıstan Ədəbiyyat İnstitutunda işləmək üçün Frunzeyə köçmüşdür. Bu illərdə folklor toplamağa başlamışdır. 1931–1940-cı illərdə Qırğızıstan Elmi-Tədqiqat Mədəniyyət Quruculuğu İnstitutunda, sonra Dil, Ədəbiyyat İnstitutu, daha sonra Dil, Ədəbiyyat və Tarixi Araşdırmalar İnstitutu elmi işçi vəzifəsində çalışmışdır.

Elə həmin ildə xalq ədəbiyyatı nümunələrini toplamaq üçün təlimat yazmış və nəşr etdirmişdir. "Manas" eposunun yayzıya alınmasını təşkil etmişdir.. Daha sonra "Manas" eposunun öyrənilməsinə dair məsləhətləşmələr üçün Moskvaya dəvət edilmişdir.

1941-ci ildə İkinci Dünya müharibəsi başlayarkən onu orduya almamışlar.

1944-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1951–1974 — Qırğızıstan Dövlət Universitetində müəllim işləmişdir.

Hüseyn Karasayev 31 yanvar 1998-ci ildə vəfat etmiş, İsıkgöl yaxınlığındakı Karakolda dəfn edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Hüseyn Karasayevin "Yenilik" ("Жаңылык") adlı ilk kitabı 1927-ci ildə latın əlifbasında nəşr olunmuşdur.

O, Qırğızıstanda sözlük yaradıcılarından biridir.

Hüseyn Karasayev görkəmli alim İ. A. Batmanovla birlikdə qırğızların sözlük sahəsindəki ilk əsəri olan "Rus-qırğız lüğəti"nın (1938) tərtibçisidir. Daha sonra Y. Şükürov və K. Yudaxinlə birlikdə "Rus-qırğız lüğəti"nin daha mükəmməl versiyasını hazırlamışdır. Həmin lüğətin təkmilləşdirilmiş variantı 1957 və sonrakı illərdə yayınlanmışdır.

1966-cı ildə Hüseyn Karasayev "Qırğız dilinin orfoqrafiya lüğəti" ni (60 min söz) nəşr etdirmişdir. Bu sözlük qırğız ədəbi-elmi mühitində "Karasay sözlüyü" kimi tanınır.

Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov Hüseyn Karasayevin lüğətçilik sahəsindəki əməyini yüksək qiymətləndirərək yazmışdır: "Karasay Sözlüyü"nü oxumaq son dərəcə maraqlı və səmərəlidir. Ana dilimizin ayrı bir tarixi olan bu əsəri maraqla oxudum və arzu edirəm ki, başqaları da imkan tapıb bu əsərlə tanış olsun".

Hüseyn Karasayev tərcümə nəzəriyyəsi ilə məşğul olmuş, həmçinin qırğız folkloru və ədəbi tənqidinin öyrənilməsində böyük əmək sərf etmişdir. Hüseyn Karasayev, eyni zamanda Qırğız şeirinin terminlər sözlüyünü də yaratmıışdır. O, folklorun yazıya alınmasında əhəmiyyətli rol oynamışdır.1931-ci ildə məşhur manasçı Sayakbay Karalayevi elmi ictimaiyyətə təqdim edərək "Manas" eposunu yazıya almışdır.

O, həmçinin tərcümə yaradıcılığı ilə məşğul olmuş, M. Qorki, A. Radişşev, L. Kryuçkovski, R. Taqor və digər yazıçıların əsərlərini qırğız dilinə çevirmişdir.

  • Qırmızı Bayraq ordeni
  • "Manas" ordeni
  • Uluslararası "Daanışman" mükafatı
  • Qırğızıstan Respublikasının Dövlət mükafatı
  • Qırğızıstanın Əməkdar Elm xadimi
  • Kasım Tınıstanov mükafatı laureatı

Xatirəsinin əbədiləşdirilməsi

[redaktə | mənbəni redaktə et]
  • İssık-göl sahilində heykəli və xatirə kompleksi yaradılmışdır.
  • Bişkek Humanitar Universiteti onun adını daşıyır.
  • Karakoldakı Qırğız-Türk litseyi onun adına verilmişdir.
  • Bişkek şəhərində adına kollec vardır.
  • Adına Bişkek və Karakol şəhərlərində küçə verilmişdir.
  • "Жаңылык" чоңдор үчүн окуу курал (1927-жылы латын арибинде чыккан)
  • Русско-киргизкий словарь(И. А. Батманов менен бирге). — Фрунзе-Казань: 1938
  • Русско-киргизский словарь (Ж. Шүкүров, К. Юдахин менен бирге),-М.,1944
  • Орфографиялык сѳздүк (Ю. Яншансин менен бирге),Фрунзе: 1956
  • Кыргыз тилинин орфографиялык сѳздүгү. Фрунзе: 1966
  • Түгѳйлүү сѳздѳр (А. Карасаева менен бирге). Фрунзе: 1971
  • Семантика падежей в киргизком языке,Труды Института языка и литературы,в.1. Фрунзе: 1944
  • "Накыл сѳздѳр"
  • "Ѳздѳштүрүлгѳн сѳздѳр"
  • "Күлкүнаама"
  • "Камус наама"
  • 1990-ж. О. Сыдыковдун "Тарых кыргыз Шадмания" аттуу китебин азыркы тамгага ѳткѳрүп, ага баш сѳз жазган.
  • Кыргыз ырларынын түзүлүш системасы жѳнүндѳ, "Советтик Кыргызстан", № 1. 1946.
  • Байжиев М. Поэтический перевод и вопросы киргизского стихосложения, "Литературный Киргизстан", 1959.№ 1
  • Бектенов З., Кусаин Карасаевич Карасаев, "Советская тюркология".1976.№ 1
  • Кудайбергенов С., Окумуштуу, педагог.,Советтик Кыргызстан. 4-дек 1965.
  • Петровец В. М., Научные исследования в Киргизии в годы Великой Отечественной Войны,Фрунзе: 1969
  • Юдахин К. К. Киргизско-русский словарь. Около 40 000 слов. Составил проф. К. К. Юдахин / Кыргызча-орусча сөздүк. Сөздүктө 40 000ге жакын сөз бар. Түзгөн проф. К. К. Юдахин. — Москва: "Советская энциклопедия" басмасы, 1965. — 973 бет.
  • Урстанбеков Б. У., Чороев Т. К. Кыргыз тарыхы: Кыскача энциклопедиялык сөздүк: Мектеп окуучулары үчүн. – Фрунзе: Кыргыз Совет Энциклопедиясынын Башкы Редакциясы, 1990. 113 б. ISBN 5-89750-028-2.
  • Кыргыз Совет Энциклопедиясы: 6 томдук/ Башкы редактор Орузбаева Б. Ө. — Ф.: Кыргыз Совет Энциклопедиясынын башкы редакциясы, 1977–1980. Т.1–6.
  1. "Hüseyn Karasayev". 2021-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-07.