Hüseyn Abdulla oğlu Məmmədov (15 may 1906 — 31 may 1972) — qoyunçu, Sosialist Əməyi Qəhrəmanı (1949).[1]
Hüseyn Məmmədov | |
---|---|
azərb. Hüseyn Abdulla oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Şahtaxtı, Şərur-Dərələyəz qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vətəndaşlığı | Rusiya İmperiyası→ SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | qoyunçu |
Mükafatları |
|
Hüseyn Məmmədov 15 may 1906-cı ildə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının (indiki Şərur rayonu) Şahtaxtı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1934-cü ildə Kalinin adına kolxozda başlamış, 1972-ci ilə qədər bu kolxozda zootexnik, ferma müdiri və s. vəzifələrdə işləmişdir. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 24 iyun 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Hüseyn Məmmədov 31 may 1972-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.[2]