Hüseyn Quliyev (general-mayor)

Quliyev Hüseyn Abbasqulu oğlu (1939, Teymur Müskənli, Qubadlı rayonu1985, Moskva) — general-mayor, SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinin rəisi, SSRİ-nin İrandakı səfirinin 1-ci müavini, SSRİ-nin Türkiyə konsulunun köməkçisi.

Hüseyn Quliyev
Hüseyn Abbasqulu oğlu Quliyev
Doğum tarixi
Doğum yeri Teymur Müskanlı, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Hüseyn Quliyev 1939-cu ildə Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakıya gəlmiş və Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmağa çalışmışdır. Lakin bura qəbul olunmadıqda Lvova gedərək orada Ali Hərbi Məktəbə qəbul olunmuşdur. Oranı qurtardıqdan sonra, diplomatiya təhsili almış, uzun müddət SSRİ Xarici İşlər Nazirliyində məsul vəzifələrdə çalışmış, İran səfirliyində 1-ci müavin, Türkiyədə konsul köməkçisi işləmişdir. Keçən əsrin 70-ci illərin sonu 80-cı illərin əvvəlləri SSRİ Xarici İşlər Nazirliyinin konsulluq şöbəsinə rəis təyin olunmuşdur. Tezliklə ona göstərdiyi xidmətlərə görə general-mayor rütbəsi verilmişdir. Lakin bu rütbəni o, uzun müddət gəzdirə bilməmiş, Moskva yaxınlığında 1985-ci ildə qəzaya düşərək həlak olmuşdur.