Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır.
Hüseyn Rzazadə حسین رضازاده | ||
Atlet haqqında məlumat | ||
---|---|---|
Tam adı: | Hüseyn Rzazadə | |
Doğum tarixi: | 12 may 1978 | |
Doğum yeri: | Ərdəbil, İran, İran | |
Olimpiada | ||
Qızıl:
|
105 kq Sidney 2000 105 kq Afina 2004 | |
Gümüş:
|
- | |
Bürünc:
|
- | |
Dünya çempionatı | ||
Qızıl:
|
105 kq Varşava 2002 105 kq Vankuver 2003 105 kq Doha 2005 105 kq Santo Dominqo 2006 | |
Gümüş:
|
- | |
Bürünc:
|
105 kq Afina 1999 | |
Qitə çempionatı | ||
Qızıl:
|
105 kq Vuhan 1999 105 kq Çinxuandao 2003 105 kq Dubay 2005 | |
Gümüş:
|
- | |
Bürünc:
|
- |
2000 və 2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır.
2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir [1].
Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər.
Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir.
Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq. ağırlıq qaldırmış Yuri Vlasovu SSRİ-də müvafiq olaraq,ən güclü amerikalı və ən güclü rus kimi təbliğ edilirdisə, Hüseyn Rzazadə dünyada ən güclü insan azərbaycanlıdır deyilərək, təbliğ olunmur.
Hüseyn Rzazadə "Ginnesin Rekordlar Kitabına" planetimizin ən güclü pəhlivanı kimi daxil olub. 263 kiloqram ağırlığı başı üzərinə qaldıran Rzazadə 2004-cü ildə 263,5 kq ağırlıq qaldırmaqla özünün müəllifi olduğu dünya rekordunu təzələmişdir[2].
Məkkədə evlənmiş, Əbülfəzl adlı oğlu vardır.
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |