Hüseyn Vahidi — yazıçı, jurnalist, tərcüməçi və Azərbaycan dili və kültürünün xadimidir. O, əsərlərini Azərbaycan dildə yazır. Vahidi, d. 29 oktyabr 1981 ilində İranın Urmiya şəhərində dünyaya gəlibdir.[1]
Hüseyn Vahidi | |
---|---|
Doğum adı | Hüseyn Vahidi |
Doğum tarixi | |
Doğum yeri | Urmiya |
Fəaliyyəti | Yazıçı, Jurnalist, Fotoqraf, Tərcüməçi |
Əsərlərinin dili | Azərbaycanca |
İstiqamət | Sosialist realizmi |
Janrlar | Hekayə, Roman |
İlk əsəri | "Sevgi yolçuları" (2013) |
Mükafatları | "Urmiya" hekayə müsabiqəsinin ilk dövründə, üstün əsərlərdən, "Nəsli əz aftab" müsabiqəsində üstün əsər |
huseynvahedi.ir |
Urmiya şəhərində boya başa çataraq təhsilatını bitiribdir. Ana dilinə maraqlı olaraq özü kitablar yardımı ilə Azərbaycan Türkcəsini öyrənib. Hekayələri, məqalələri və şəkilləri, İran Azərbaycanını müxtəlif qəzetə, dərgi və başqa qəzetələrində çap olub. Onlardan ,, Aftab-i Azərbaycan, Şəhamət, Ağrı, Nəvid-i Azərbaycan, Həmşəhri, Bayram, Gülşən-i raz …,, ad çəkmək olar. İndilikdə, Hüseyn Vahidi, Urmiyada "Mahnı" adlı dərgisinin və Açıq yol iki hətəliyin redaktorudur.[2][3]