Hüseyn bəy Köçərlinski

Köçərlinski Hüseyn bəy Əhməd bəy oğlu (1808-?) — Qarabağ bəylərindən, Qarabağ atlı alayının zabiti, praporşik.

Hüseyn bəy Əhməd bəy oğlu 1808-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında praporşik rütbəsində qulluq etmişdi. Rus və şərq dillərini mükəmməl bilirdi. Ədəbiyyatla maraqlanırdı. Qarabağın böyük mülkədarlarından sayılırdı. Bir müddət Mehdiqulu xan Cavanşirə xidmət etmişdi.

1920-ci ilin 5 iyununda növbəti (və son) dindirilməsində Firidun bəy Köçərli belə yazırdı: "Məni müsavatçı kimi həbs etmişlər. Mənim tərəfimdən xalqa qarşı heç bir təzyiq olmamışdır. Mən daim öz peşəmlə məşğul olmuşam və Xan Xoyski ilə heç bir münasibətim yoxdur. Mən Xan Xoyskinin səlahiyyətli nümayəndəsi olmamışam. Mən bir müəllim və 35 il fasiləsiz tədrislə məşğul olmuş bir şəxs kimi hər hansı burjua məqsədləri daşıya bilməzdim.

Mənim atamın 60 desyatindən artıq olmayan torpaq sahəsi vardı ki, onun vəfatından sonra əmimə qaldı, əmim rəhmətə getdikdən sonra isə onun övladlarının mülkiyyətinə keçdi. Artıq 3 ildir ki, mən həmin torpaqları təmənnasız olaraq kəndlilərin istifadəsinə vermişəm. Bu malikanə Cavanşir qəzasının Əyricə kəndindədir. O malikanədən mənim heç vaxt bir qəpik də gəlirim olmayıb.[1]

Hüseyn bəyin Əhməd bəy, Firudin bəy, Mehdi bəy, Qulu bəy və İskəndər bəy adlı oğulları vardı.

  • Ənvər Çingizoğlu. Köçərlilər (Köçərlinskilər). "Soy" dərgisi, 7 (27), 2009.
  1. [1]