Hüseynbəy məqbərəsi

Hüseynbəy məqbərəsi (başq. Хөсәйенбәк кәшәнәһе) — Hacı Hüseynbəyin dəfn olunduğu yer. O, müasir Başqırdıstan ərazisinin ilk imamı olmuşdur (ilk ali dimi rəhbəri). Onun qəbri Çişmin rayonu, Çişmi qəsəbəsində yerləşən Akzirat qəbrstanlığında yerləşir. Müsəlmanların müqəddəs yerlərindən sayılır.

Hüseynbəy məqbərəsi
54°34′52″ şm. e. 55°25′01″ ş. u.
Ölkə  Başqırdıstan
Şəhər Çışmi
Yerləşir Akzirat qəbrstanlığı
Tikilmə tarixi XVI əsr (ilk bina)
1911 (hazırkı bina)
Vəziyyəti müqəddəs yer kimi fəaliyyət göstərir
Xəritədə yeri
Map
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüseyn bəyin həyatı[redaktə | mənbəni redaktə et]

Ömər bəy oğlu Hüseyn bəy XIV əsrin əvvəllərində Türküstan şəhərində anadan olmuşdur. Hələ uçaq ikən yerli mədrəsədə təhsil almışdır. Burada dini biliklərə yiyələnmiş, Yəsəvi sufi qardaşlığına daxil olmuşdur. Bir müddət sora o, Məkkəyə həc ziyarətinə getmişdir.

XIV əsrin əvvəllərində başqırd xanı Türküstana müraciət edərək islamın ğlkəsində yayılması məqsədi ilə ora imamın göndərilməsini istəmişdir. Başqırd torpağına Hüseyn bəy göndərilmişdir.

Hüseynbəyin basdırıldığı yer

Başqırdıstanda həyatı və ölümü[redaktə | mənbəni redaktə et]

Başqırdıstan topağında Hüseyn bəy Hacı titulu daşıyırdı. Burada bir çöx uğurlardan sonra Hacı Hüseyn bəy başqırdların ilk imamı olur.

Hüseyn bəy 1341-42 illərdə vəfat edir. Akzirat qəbrstanlığında kiçik bir təpədə dəfv edilir. Hazırda bura Çişmi qəsəbəsidir.

Məqbərənin ucaldılması[redaktə | mənbəni redaktə et]

1393—94-ci illərdə Teymurləng Qızıl Orda torpaqlarına daxil olaraq Toxtamışı tıqib edir. O, burada Hüseyn bəyin qəbrinə rast gəlir. Onun üzərində məqbərə inşa etdirir. Bura türküstandan qəbr daşları gətirirlər. Hüseyn bəy, Ömər bəy oğlu Hicrətin 744_cü ilində (miladi təqvimlə 1366-cı ildə) 76 yaşında vəfat etmişdir. Qəbrd daşı hazırda Ufa Diyarşunaslıq muzeyində saxlanılır.

Məqbərə dördbucaqlı formaya malikdir. Üzərində gümbəz vardır.

Məqbərə haqqında çoxlu əfsanələr danışılır. Deyilənə görə Teymurləng qışı burada keçirməli olur. Bilinməyən səbəblərdən ordunun bir hissəsi məhv olur. Burada altı ordu rəhbəri dəfn olunur. Bundan sonra qədim Akzirat qəbrstanlığı yaranır.

Sonrakı tale[redaktə | mənbəni redaktə et]

Hüseyn bəyin basdırıldığı baş qəbr daşı

XVIII əsrdə məqbərə tam olaraq dağılmışdır. Ancaq 1911-ci ildə Ufa müftisi məqbərəni bərpa etmək qərarına gəlir. Səbəb isə məqbərənin müsəlmanlar üçün müqəddəs olmasıdır. Burada 9 qəbr aşkarlanmışdır. Məqbərədə olan altı qəbr uşaqlara, bir kişi, bir qadın və Hüseyn bəyin özünün qəbri buradadır. Arxeoloqlar onun vücudunu (mumdan) bərpa edə bilmişlər. Boyu 160 sm, sifət quruluşu orta asiya tipli olmuşdur.

Hər il Çişmidə Hüseyn bəyin xatirəsinə yığıncaq təşkil edilir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]