Turaxan məqbərəsi (başq. Турахан кәшәнәһе) — məqbərə Başqırdıstanın Çışmi rayonu ərazisində yerləşir. Abidə XIV—XV əsrlərə aiddir. Məqbərə rayon mərkəzindən 12 km cənub-qərbdə, Çişmidən Aşağı Termı kəndinə gedən yolun üzərində yerləşir.
Turaxan məqbərəsi | |
---|---|
54°36′17″ şm. e. 55°13′06″ ş. u. | |
Ölkə | Başqırdıstan |
Şəhər | Çışmi |
Yerləşir | Çişmi rayonu |
Tikilmə tarixi | XIV—XV əsrlər |
Vikianbarda əlaqəli mediafayllar |
Ehtimal edilir ki, nə zamansa yaxınlığında daş məscid olmuşdur. Bu məqbərə ilə birlikdə vahid memarelıq ansambılıdır. Bəzilərinə görə məqbərə «məhkəmə evi» rolunu oynadığını iddia edirlər. Burada nə zamanlarsa məhkəmələr getmişdir.
Turaxan məqbərə kobut işlənmiş daşlarla inşa edilmişdir. Təməlini düzbucaqlı formalı, 6,6х6 metr olan divarlar təşkil edir. Divarlarını mhündürlüyü 1,8 metr təkil edir. Səkkiz güşəli tilikinin sonucu gümbəzlə bitir. Girişində düzbucaqlı bir tikili vardır. Bu giriş rolunu oynayır. Divarın qalınlığı 1 metr, gümbəzin hündürlüyü isə 8 metr təkil edir. V. S. Yumatovun təsvirinə görə (1845) çatıda bir çıxıntılı daban ilə bir palıd qapı və daş kəsintilərin gücləndirilməsi üçün bir pin var idi.
Bina kilidli bir qapısı olan müasir bir məhəccərlərlə bağlıdır. Məbədin girişində də məhəcərli qapı yerləşir
Turaxan haqqında heç bir məlumat yoxdur. Onun yaşadığı illər, fəaliyyəti bilinmir. Onun haqqında deyilənlər tarixi faktlara söykənmir. Bəziləri bunu çınqızıd olmasını və İrtışla müasir Tobolska qədər köç etməsini bildirirlər. Qohumlarından ayrıldiqdan sonra Qərbi sibiri tərk edərək başqırd torpağına gəlmişdir. Oda məlumdur ki, uzaq keçmişdə başqırdlar indiki Tobolsk rayonu ərazisində yaşayar və köçəri həyat sürərdilər.
Digər fərziyəyə görə Turaxan qüdrətli Basman xanın qardaşı olmuşdur. Basmanın hakimiyyəti Cənubi Uralın hər iki tərəfini əhatə edirdi. Turaxan öz qardaşı müharibədə həlak olmuşdur. Belə vəziyyət o dövrlər üçün nadir hal deyildi. Pyotr İvanoviç Rıçkov yazırdı ki, ruslar bura gələrək Ufa şəhərini salarkən artıq burada şəhər adlanmağa layiq ölçüdə idi. Turaxan burada qışda yaşayırdı. Turaxan yayı isə Termı kəndində keçirirdi. Hazırdada burada onun məqbərəsi yerləşir.
Hazırda onun Başqırdıstanın idarə edənlərdən biri olması qeyd edilir. O, Başqırdıstanı XVI əsrin əvvələrində idarə etmişdir. O başqırd xalqının ən güçlü xanı olması, onun oğlünü Qasım xan olması, Burak xanla (Sarayçikli) döyüşünün olması qeyd olunur. Bu döyüş torpaq və su səbəbimndən olur. Deyilənə görə Turaxan və onun qardaşı Basman xan rəqlibləri noqay Altakar tərəfindən öldürülmüşdür.