Hüsni təxəllüs — divan ədəbiyyatına aid termin, şairin öz təxəllüsünü həm təxəllüs kimi, həm də həmin sözün əsas mənasında eyni vaxtda işlətdiyi vəziyyətə hüsni təxəllüs deyilir[1]
Divan ədəbiyyatında ümumiyyətlə şairlərin təxəllüsü var[2]. Şairlər bəzən bu təxəllüsləri öz əsərlərində söz kimi işlədirlər[3]. Şair gah təxəllüs, gah da ad kimi istifadə edir.
Hüsni təxəllüsün ən məşhur nümunələrindən biri məşhur türk divan şairi Bakinin aşağıdakı misrasıdır:
Bâki kalan bu kubbede bir hoş sadâ imiş.
Bu kubbede ebedî kalan bir hoş ses imiş.
Baki qalan bu qübbədə bir xoş səda imiş.
Bu qübbədə əbədi qalan bir xoş səs imiş.
Bu misrada "Baki" sözü həm şairin təxəllüsü, həm də "əbədi, əzəli" mənasında vurğulanır.[4]
↑Araslı, Nüşabə. Nizami və türk ədəbiyyatı (Azərbaycan). Bakı. 1980.
↑Quliyeva, Mahirə. Şərq Poetikasının əsas kateqoriyaları (Azərbaycan). Bakı: Azərbaycan Beynəlxalq Universitetinin "Beynəlxalq Universiteti" nəşriyyatı və poliqrafiya mərkəzi. 2010. 397.