Həşim Adil oğlu Kəlbiyev — tarixçi-etnoqraf, [1] Lənkəran Dövlət Universitetinin qurucularından biri.
Həşim Kəlbiyev | |
---|---|
Həşim Adil oğlu Kəlbiyev | |
Doğum tarixi | |
Doğum yeri | Şiləvar, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Elm sahəsi | tarix |
İş yeri | Lənkəran Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji İnstitutu |
Elmi rəhbəri | professor Qəmərşah Cavadov |
Həşim Adil oğlu Kəlbiyev 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbini bitirmiş, 1975-77-ci illərdə SSRİ Dövlət Daxili Qüvvələrində xidmət etmişdir. 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir.
Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir.
1992-ci ildən Lənkəran Dövlət Universitetində işləməyə başlamış və universitetin tədris sisteminin ilk qurucularından biri olmuşdur.
Dövrü mətbuatda, elmi jurnallarda “Lənkəran bölgəsində məskənsalma”, “Lənkəranın ənənəvi evləri”, “Lənkəran bölgəsində ilk insan izi”, “Bəlləbur Bəzzdir”, “Lənkəran-Astara bölgəsinin ənənəvi düyü yeməkləri”, “Lənkəran bölgəsində qədim dini ayinlərin qalıqlarına dair”, “Talışların ailə məişətinin bəzi xüsusiyyətlərinə dair”, “Talışların həsirçilik sənəti və əhalinin məişətində onun yeri” və s. məqalələri, “Şilavar (Şilvo) haqqında tarixi etnoqrafik oçerklər”, “Talışların maddi və mənəvi mədəniyyət dəyərləri”, “Sənətkar ömrü”, “Ərəb müəllifləri Talış haqqında”, “Kadusilərin (qədim talışların) Azərbaycan tarixində yeri”, “Azərbaycanın Cənub-Şərq bölgəsi əhalisinin etnoqrafik xüsusiyyətləri” adlı altı kitabın və “Ali məktəb kuratoru işinə dair vəsait” adlı metodiki tədris vəsaitinin müəllifidir.
6 monoqrafiyanın, Azərbaycan, rus və türk dillərində olmaqla 40-a qədər elmi məqalənin, iki tədris metodiki vəsaitinin müəllifidir.
1990-cı ildə Lənkəran rayonu Kərgəlan Kənd Sovetliyinin (17 min nəfər əhaliyə malik Şilavar, Digah, Darquba, Kərgəlan və Lüvəsər kəndləri)deputatı seçilmişdir. 2004-2009-cu illərdə Lənkəran rayonu Şilavar kənd bələdiyyəsinin üzvü, Hüquq komissiyasının sədri olmuşdur. 2015-ci ildən Şilavar kənd icmasının sədridir. [2]