Həbibə Soltanova Bayraməli qızı (d. 4 sentyabr 1948-ci ildə Bakının Maştağa qəsəbəsi) — coğrafiya üzrə fəlsəfə doktoru.
Həbibə Soltanova | |
---|---|
Həbibə Soltanova Bayraməli qızı | |
Doğum tarixi | |
Doğum yeri | Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Bayraməli Soltanov |
Elmi adı | coğrafiya üzrə fəlsəfə doktoru |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Mükafatları |
Qızıl qələm mükafatı, "Fəxri fərman" |
Soltanova Həbibə Bayraməli qızı 1948-ci ildə Bakının Maştağa qəsəbəsində doğulmuşdur. 1966-cı ildə orta məktəbi bitirmişdir. 1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakultəsində təhsil almışdır. coğrafiya müəllimi ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetində başlamışdır. 1972-ci ildən BDU-nun «Xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası» kafedrasında(2004-cü ilin iyul ayından «Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm» kafedrası adlanır) baş laborant.
Elmi fəaliyyəti əsasən xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası istiqamətində olmuşdur. Respublika, regional və beynəlxalq konfranslarda (Türkiyə Respublikasının Çanaqqala Universiteti-1997-ci il, İran İslam Respublikasının Yəzd şəhəri-2000-ci il) məruzələrlə çıxış etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyində Coğrafiya bölməsi üzrə Metodiki Şuranın, Coğrafiya fakultəsinin Elmi Şurasının, Tədris-metodik Şurasının üzvüdür. Azərbaycan Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətinin üzvü və Coğrafiya Cəmiyyətinin BDU filialının sədridir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif olunmuşdur. «Qızıl Qələm» mükafatı laureatıdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif olunmuşdur.[1]
1. Курортно-туристические ресур-сы Азербайджанской Республики и перспективы развития курортной системы География и туризм. Сб.науч.
Трудов. Выпуск 1.Пермь, 2005
2.Müasir ekoturizmin inkişaf potensialı. BDU, Xəbərlər, №1, 2003
3.Пroblems of rekreational development and forminq resort-tourist somplexon the coast of the Caspian sea. Caspian Жournal of natural resources.№1, Сeason year, 2003.
4.Azərbaycan Respublikasında kənd turizminin imkanları və inkişaf perspektivləri, Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri. XI cild. Azərbaycanda müasir coğrafi tədqiqatlar. Bakı, 2007
5.Azərbaycan respublikasının turizm sahəsində beynəlxalq əməkdaşlığının müasir vəziyyəti, Bakı Universitetinin Xəbərləri. Bakı, 2008 №1.
6.Turizm-rekreasiya sistemləri və ətraf mühit.Azərb.Coğr.Cəm. AMEA akad. H.Ə.Əliyev ad.Coğr.İnstitutu Təbii-təsərrüf.sistem. ekoloji təhlük. Təmin.coğr.prob. Azərb.Coğr. Cəm. əsərləri XIV cild. Bakı.2009.
7.Su ehtiyatlarından istifadədə İİR-ın təcrübəsi. 2-ci Xəzər Beynəlxalq su texnologiyaları konfransının materialları. Azərbaycan, Bakı, 11 aprel 2014.[2]