Həbibulla Məmmədbəyli

Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu (1 dekabr 1912, Bakıbilinmir) — Azərbaycan astronomu, fizika-riyaziyyat elmləri doktoru, professor.

Həbibulla Məmmədbəyli
Həbibulla Cəfərqulu oğlu Məmmədbəyli
Doğum tarixi
Doğum yeri Şağan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (69 yaşında)
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Həyat yoldaşı Səriyyə Fərəc qızı Məcidova
Atası Cəfərqulu bəy Məhəmmədbəyov
Anası Bəyim xanım
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Təhsili Leninqrad Dövlət Universiteti

Məmmədbəyli Həbibulla Cəfərqulu oğlu 1912-ci il dekabrın 1-də Bakının Şağan kəndində bəy ailəsində anadan olmuşdur. Atası Cəfərqulu bəy Şağan kəndinin kəndxudası olmuşdur. Beş oğul və iki qız atası olmuşdur. Anası Bəyim xanım da bəy ailəsində doğulmuşdur. Cəfərqulu bəy 1937-ci repressiya qurbanı olmuşdur. 1956-cı ildə bəraət qazanmışdır. Harada dəfn olunduğu bilinmir.

O, vaxtlar xalq düşməni oğlu olmasına baxmayaraq Bakıda orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinə daxil olmuş və oranı bitirmişdir. Ali təhsili aldıqdan sonra Bakıya qayıtmış, Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoqoji İnstitutunda dərs demişdir. Azərbaycan, rus, alman dillərini mükəmməl bilirdi, ərəb və fars dillərindəki ədəbiyyatı sərbəst surətdə araşdıra bilirdi.

1946-cı ildə Azərbaycan Tibb İnstitunu bitirmiş Səriyyə Fərəc qızı Məcidova ilə ailə həyatı qurmuşdur. İki oğul və bir qızları olmuşdur.

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Həbibulla Məmmədbəylinin fəaliyyətinin bir hissəsi Nəsirəddin Tusi irsinin araşdırılmasına həsr edilmişdir. Alim Nəsirəddin Tusinin astronomiya və riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə işıqlandırmışdır. Tədqiqatçı yazır ki, Nəsirəddin Tusinin təsis etdiyi Marağa rəsədxanasında coğrafi koordinatlar cədvəli tərtib edilmiş və bu cədvəlin coğrafiya elminin inkişafında böyük, Amerikanın kəşfində isə müəyyən dərəcədə əhəmiyyəti olmuşdur.[1]

Uzun illər dövlət televiziyasının elmi şərhçisi kimi çalışmışdır. Elmin bir çox sahələri ilə məşğul olmuşdu. Onlarca elmi, populyar kitabların müəllifidir.

Həbibulla Məmmədbəyli 1963-cü ildə Praqada keçirilən Beynəlxalq Astronomiya Konqressində Beynəlxalq Astronomiya Birliyinin həqiqi üzvü seçilmişdir.[2]

Əsas elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Məmmədbəyli H. Astronomiya (qısa kurs) Az. SSR XMK nəşri, Bakı, 1941
  • Мамедбейли Г.Д. Астрономическая памятка бойцу. Баку, АГУ, 1943.
  • Məmmədbəyli H. Mühəmməd Nəsirəddin Tusi, Gənclik, Bakı, 1957, 154 s.
  • Məmmədbəyli H. Mühəmməd Nəsirəddin Tusi, Gənclik, Bakı, 1968, 228 s.
  • Məmmədbəyli H. Tarixləri çevirmək üçün sinxronik cədvəllər (Azərbaycan, rus, özbək, tacik, türk, ingilis, ərəb və fars dillərində” “Elm”, Bakı, 1972.
  • Məmmədbəyli H. Mühəmməd Nəsirəddin Tusi, Gənclik, Bakı, 1980, 175 s.
  • Мамедбейли Г.Д. Основатель Марагинской Обсерватории Насирэддин Туси, Баку, 1961, 316 с.
  • Мамедбейли Г.Дж. и Максудов Ф.Г., Мухаммед Насирэддин Туси, Баку, 1981. и т.д.
  1. "Nəsirəddin Tusi". 2013-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-16.
  2. Həbibulla Məmmədbəyli haqqında inşa[ölü keçid]