Həcər (xalq qəhrəmanı)

Həcər (doğum 1840, Qubadlı, Yuxarı Mollu. — ölüm 1914, Qubadlı, Aşağı Mollu.) — Azərbaycanın xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı. Həcər Qaçaq Nəbi ilə birlikdə əlinə silah götürüb iyirmi beş ildən artıq at belində qaçaq həyatı keçirmiş, Azərbaycandakı kəndli hərəkatında fəal iştirak etmişdir.

Həcər
Həcər Molla Xanalı qızı
Doğum tarixi
Doğum yeri Yuxarı Mollu, Zəngəzur qəzası, Tiflis quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Aşağı Mollu, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Qafqaz canişinliyi, Rusiya imperiyası
Dəfn yeri Aşağı Mollu
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Həyat yoldaşı Qaçaq Nəbi
Uşaqları Xəlil, Əhməd, Zeynəb
Milliyyəti azərbaycanlı

Azərbaycanda qaçaq hərəkatının igid iştirakçılarından biri olan Həcər 1840-cı ildə Gəncə vilayəti, Zəngəzur qəzasının (indiki Qubadlı rayonunun) Yuxarı Mollu kəndində anadan olmuşdur. Onun atası Molla Xanalı Ortabab kəndli idi.

Nəbi ilə Həcər Nəbinin valideynləri vəfat edəndən sonra evlənmişdilər. Ailələrin iqtisadi cəhətdən fərqli durumda olmaları bir-birini sevən iki gəncin ailə qurmasına mane ola bilməmişdir. Çar hökuməti və yerli məmurlar Nəbini ələ keçirmək üçün dəfələrlə Həcəri qazamata salsalar da, istəklərinə nail ola bilməmişlər. Sonradan Həcər də Nəbinin dəstəsinə qoşularaq onun ən yaxın silahdaşına çevrilmişdir.

1894-cü ildə Nəbinin dəstəsi Cənubi Azərbaycandan Naxçıvana qayıdarkən ehtiyat tədbiri olaraq Qaçaq Nəbi dəstəsini iki hissəyə bölmüş, dəstənin birinə özü, digərinə isə Həcər başçılıq etmişdir.

Həcərin qardaşı Məhəmməd Molla Xanalı oğlu da Nəbiyə qoşulub qaçaqçılıq edirdi. Lakin o, hökumət tərəfindən tutulub 10 il katorqaya sürgün edilmiş, cəzasını çəkib qayıtmışdı.

Nəbinin ölümündən sonra Həcər qohumlarının köməyilə Mollu kəndinə gətirilmişdir. Bir müddətdən sonra Həcər sıxışdırıldığı üçün Həmzə adlı bir qohumuna ərə getmişdir. Həcər Həmzə ilə Molluda yaşayır. Həcərin Nəbidən 3 övladı olub : Xəlil, Əhməd və kiçik qızı Zeynəb. Həcər və Nəbinin övladlarının davamçıları hal hazırda yaşayır. Həcərin Həmzədən isə övladı olmayıb.

Həcər 1914-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində vəfat etmişdir. Onun qəbri Aşağı Mollu kəndində idi.

Xalq öz qəhrəman qızının igidliyini vəsf edən mahnılar qoşmuş, "Qaçaq Nəbi" dastanında ona xüsusi yer ayrılmışdır.

Qubadlı rayonunda Qaçaq Həcərin abidəsi qoyulmuşdu.

  • Xəlil
  • Əhməd
  • Zeynəb
  • Bəhlul Bəhcət, Qaçaq Nəbinin tarixi, (vəsiqə və sənədlər üzrə), Bakı, Çıraq, 2011, 288 səh
  • "Qaçaq Həcər" (az.). qubadli-ih.gov.az. İstifadə tarixi: 2014-10-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]