Aşağı Mollu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Yuxarı Mollu kənd inzibati ərazi dairəsində kənd.[1]
Aşağı Mollu | |
---|---|
39°18′11″ şm. e. 46°41′54″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Aşağı Mollu kəndi Qubadlı rayon mərkəzindən 21 kilometr cənub-şərqdə, Həkəri çayının sağ sahilində yerləşir. Kəndi XVI-XVII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gələn ailələr salıblar. "Mollu" komponentinin düzgün elmi açımı hələ ki, tam müəyyənləşməyib. Qaçaq hərəkatının görkəmli nümayəndəsi Nəbi Alı oğlu (Qaçaq Nəbi) bu kənddəndir. XVIII əsrin sonlarında Aşağı Mollu kəndindən ayrılan ailələr Qubadlı rayonu ərazisində Yuxarı Mollu adlanan kənd salmışlar.
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Aşağı Mollu kəndi mahalın bir hissəsi olmuşdur.[2] Kürdüstan qəzası ləğv edildikdən sonra Aşağı Mollu Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.[3]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[4] Kənd 9 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[5]
Aşağı Mollu kəndi Həkəri çayının sağ sahilindədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi XVI-XVIII əsrlərdə Cənubi Azərbaycandakı Mollu kəndindən gəlmiş ailələr salmışlar. Mol sözü türk dillərində bir çox mənalarla yanaşı "torpaq bənd; qumdaşı" mənasını da ifadə edir. Kəndin çay sahilində yerləşməsi mollu sözünün məhz bu mənası ilə bağlılığından xəbər verir. Oykonimin birinci komponenti yaşayış məntəqəsini eyniadlı digər məntəqədən fərqləndirməyə xidmət edir.[6]
Rayon mərkəzindən 21 km cənub-şərqdə, Laçın—Məmmədbəyli şose yolundan 2 km aralı, Həkəri çayının sağ sahilindədir.
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, Aşağı Mollu kəndində 125 evdə 637 şiə kürd yaşayırdı.[7] 1950-ci illərdə kənddə aparılan tədqiqat zamanı kənddən ayrılan ailələrin saldığı Yuxarı Mollu kəndinin sakinlərini özlərini kürd kimi identifikasiya etmişdilər.[8]
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |