Hədiqətüs-Süəda

Hədiqətüs-süəda (azərb. Xoşbəxtlər baxçası‎) — hicri 61-ci (miladi 680-ci) ildə məhərrəm ayının 10-da Kərbəlada baş vermiş faciəvi hadisə ilə bağlı yazılmış Məhəmməd Füzulinin əsəri. İlk dəfə 1845-ci ildə Qahirədə çap edilmişdir. Əsərin Füzuli həyatda ikən köçürülmüş nüsxəsindən (Konya, h. 954) tutmuş yaşadığımız dövrədək yazılmış 300-ə yaxın əlyazma nüsxəsi məlumdur[1]. Bu əsər Füzulinin ilk bədii nəsr əsəridir[2].

Hədiqətüs-süəda
Janr poema
Müəllif Məhəmməd Füzuli
Orijinal dili Azərbaycan dili
Nəşr ili 1854
Vikimənbənin loqosu Hədiqətüs-süəda Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan bədii nəsrinin ən klassik örnəyi sayılan əsər müəllifin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi baxımından çox səciyyəvidir. Dərd əlindən ürəyi çatlayan insanı ovunduraraq ona mənəvi qida verən Kərbəla hadisəsini qələmə almağı şərəf işi sayan, buna milli-dini borc kimi baxan mütəfəkkir Füzuliyə "Hədiqətüs-süəda"nı yaratmaqda yaşadığı mühitin də böyük təsiri olmuşdur[1].

Əsərdə əksini tapan şəhidlik eşqi, məslək və etiqad yolunda mübarizə motivi hər zaman yenidir. İnsanın mənəvi və cismani köləliyə üsyanı, etirazı və bu yolda hətta öz həyatını qurban verməsi ən yüksək və şərəfli insanlıq amili kimi göstərilir. Həmin əqidə və məslək döyüşü ona görə yaşarıdır ki, əsasında mənəvi paklıq, ruhi müqəddəslik, insani gözəllik və əzəmət var[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Məhəmməd Füzuli. Əsərləri. — Bakı: Şərq-Qərb, 2005. — VI-cı cild Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine. — S. 3. — 384 s. — ISBN 9952-418-83-0
  2. Hidayət Əfəndiyev. Azərbaycan bədii nəsrinin tarixindən. — Bakı: Azərnəşr, 1963. — S. 23.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • Məhəmməd Füzuli " Hədiqətüs Süəda "Ənvər Vəliyev-rejissor Elgün Seyidzadə.mp4 HD 2013
  • Ataəmi Mirzəyev. "Füzulinin `Hədiqətüs-süəda` əsəri şəhidlik abidəsi kimi" (az.)). faktxeber.com. 2009-04-29. 2015-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  • Aygün Kərim. "Məhəmməd Füzuli, Kərbəla müsibəti və "Hədiqətüs-Süəda" əsəri" (az.)). deyerler.org. 2012-01-14. 2017-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.
  • Fərid Hüseyn. "Bu mövzuda əsər ortaya qoymaq Füzulinin özünün ürəyincə idi" (az.)). kaspi.az. 2019-06-15. 2019-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-10.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]