Həkim Drakken | ||
Ümumi məlumatlar | ||
---|---|---|
Adı: Həkim Drakken | ||
Orijinal adı: ing. Dr. Drakken | ||
Yaradıcı: Mark MakKorkl və Bob Şuli | ||
İlk görünüş: Tick-Tick-Tick | ||
Yarandığı il: 2002 | ||
Səsləndirən: Con Di Macio | ||
Xüsusiyyətləri | ||
Ailə: Xanım Lipski (həyat yoldaşı) | ||
Cins: Kişi | ||
Saçının rəngi: Qara | ||
Gözünün rəngi: | ||
Dərinin rəngi: | ||
Boyu: | ||
Çəkisi: | ||
Dostları: Şiqo | ||
Düşmənləri: Kim Possibl, Ron Stoppabl, Rufus | ||
Gücü: | ||
Ləqəbləri: | ||
Görünüş: | ||
Vətəndaşlıq: ABŞ | ||
Məşğuliyyəti: | ||
Dünya: Pis |
Həkim Drakken - "Kim Possibl" serialının düşmən personajlarından biridir.
Dünyanı ələ keçərməyə çalışan dəlisov alimdir. Əsl adı Dryu Teodor P. Lipskidir. Kim Possiblın ən böyük düşmənidir. Eyni zamanda Kim Possiblın atası Ceyms T. Possiblın sinif yoldaşıdır. Lisey illərində düzəltdiyi "Bibi" adlı dərrakəli qadın robotlarını ən yaxşı yoldaşlarını Ceyms, Çen və Rameşə tanıdır. Lakin hazırladığı keyfiyyətsiz robotlar yoldaşlarına gülünc gəlir. Həmin müddətdən başlayaraq dünyanı ələ keçirməyə və irəlidə hazırlayacağı inkişaf etmiş robotlarla yoldaşlarına dərs verməyi planladı. Ardından "Bibi" robotlarının istehsalı başlayır.
Amma Həkim Drakken həmişə uğursuzluğa düçar olur. Onun uğursuzluğu daima gülməli hadisələrlə nəticələnir. Onun ən yaxın köməkçisi Şiqodur. Buna baxmayaraq Şiqo Həkim Drakkenin köməyi olmadan dünyanı ələ keçirməyə çalışır. Lakin Şiqonun planları da uğursuzluqla sona bitir. Seriya boyu, demək olar ki, Həkim Drakken və Şiqo aralarında sevgi münasibəti olmur. Sonuncu seriyada onlar tələyə düşən zaman bir-birlərini qucaqlayırlar. Bu da onlar arasında sevgi olduğunu bildirir.
Xanım Lipski ilk dəfə 44-ci seriyada çıxmışdır. O, Drakkenin anasıdır. Buna baxmayaraq oğlu haqqında az məlumata sahibdir. Xanım Lipski elə bilir ki, oğlu Drakken radioda çalışır.
Edvard Lipski ilk dəfə 2-ci seriyada çıxmışdır. O, Drakkenin əmisi oğludur.
Commodore Puddles cəmi 2 seriyada çıxmışdır. O, Drakkenin itidir.