Kim Possibl

Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır.

Kim Possibl
ing. Kim Possible
Ssenarist
Rolları səsləndirənlər Kristi Karlson Romano[1], Con Di Macio[1], Ronald Li Ermey[1], Qari Koul[1], Felisiti Haffman[d][1], Melisa Makkarti[1], Petton Osvalt[d][1]
Ölkə
Dil ingilis dili[2]
Mövsümlərin sayı 4
Seriyaların sayı 87
Seriyanın müddəti 22 dəq.
Rəng rəngli
Telekanal Disney Channel
Nümayiş bilinmir, 24 iyun 2003
IMDb ID0278866
Rəsmi saytı

Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir.

"Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın. Həmçinin, qəhrəman qız olmalı idi. Prodüserləri liftdən azad edən zaman onların fikirlərində animasiya serialının mövzusu başa çatmışdır. İlk dəfə animasiya efirə ABŞ-nin Disney Channel kanalında 7 iyun 2002-ci ildə çıxmışdır. Efirə çıxan zaman animasiya yeniyetmə və yetkin tamaşaçılar sırasında böyük rəğbət qazanmışdır. Animasiyanın ilk seriyası «Dağılma» (ing. Crush) "İlin ən yaxşı animasiya seriyası"na görə Emmi mükafatına layiq görülmüşdür. Ümumilikdə isə animasiya serialı 5 nominasiyaya layiq görülmüş və onlardan birini qazanmışdır.

Kim Possibl dostları Ron Stoppabl, tüksüz köstəbək Rufus, kompüter ustası olan Ueyd Load və digərləri ilə birlikdə dünyanı xilas etməyə çalışan qəhrəman olmaqla yanaşı, məktəbdə oxuyan gənc bir qızdır. Seriyalarda yaxın dostu Ron danışan köstəbək Rufus ilə müşayiət olunur. Kim Possibl ABŞ-nin Middlton adlanan uydurulmuş şəhərində yaşayır.[3] Burada onun ailəsi, yaxın dostları vardır. Oxuduğu məktəb də məhz burada yerləşir. Serialda Kim Possibl Ron Stoppabl, Rufus və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. Onlar çox vaxtı əsas qəddarlardan biri olan Həkim Drakken və köməkçisi Şiqo ilə mübarizə aparırlar. Həkim Drakken həmişə dünyanı ələ keçirən zaman ona Kim Possibl mane olur. Serialın sonunda Kim Possibl və dostları bütün qəddar personajlara qalib gəlir.

Kim Possibl - "Kim Possibl" serialının baş qəhrəmanıdır. Serialın başlanğıcında təxminən 13 yaşındadır və hər mövsüm yaşlanaraq dördüncü mövsümdə 17 yaşı tamam olar. Boş zamanlarında isə yoldaşı Ron ilə birgə Dünyanı qurtarar. Onun yaşıl gözləri və kürən uzun saçları vardır. Ümumiyyətlə, saçları bir gözünü bağlayır...

Ron Stoppabl - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Ron sevimli və nəzakətli bir gəncdir. Vəzifəsini icra edərkən Kim Possiblın paltarına bənzər bir paltar geyər. Cibində Rufus adında tüksüz köstəbək gəzdirir. Bu ev heyvanının götürmə səbəbi, atasının heyvan tüklərinə qarşı allergiyası olmasıdır. Ronun sarışın dağınıq saçları və qəhvəyi rəngli gözləri vardır...

Rufus - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir. Rufus tüksüz köstəbəkdir. Meqa Maqada yaşayırdı. Rufusun atası tüklərə qarşı allergiyası var idi.Bu səbəbdən Ron Rufusu özünə götürür. Rufus adi köstəbək deyildir. Rufusun beyni insanın beyninə çox yaxındır. İnsan kimi 2 ayaqları üzərində dayana bilir. Rufusun boyu 30 sm-dir. Çəkisi 1,8 kq-dır. Gözləri qaradır...

Monik - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir.[4][5][6][7][8][9] Kim Possiblın ən yaxşı qız dostudur. Demək olar ki, Monik personajına bütün seriyalarda rast gəlmək olar. İlk seriyada Monik Kim Possibl ilə görüşən zaman gözləri nisbətən balaca idi. Lakin sonrakı mövsümlərdə Monikin gözləri əvvəlki seriyalardakı gözlərinə nisbətən daha böyük və aydın idi. Kim Possibl, adətən, boş vaxtlarını Moniklə keçirir. Monik isə ona önəmli tövsiyələr verir. Monikin tövsiyələri Kim Possibla məktəbdə və şəxsi həyatında böyük rol oynayır. Monik "Banan Klubu"nda paltar dizayneri vəzifəsində çalışır...

Ueyd Load - "Kim Possibl" serialının baş qəhrəmanlarından biridir.[10] Serialın başlanğıcında təxminən 10 yaşındadır və digər personajlar kimi sonrakı seriyalarda yaşlanır. Ueyd dahi və kompüter ustasıdır. Ueyd 8 ayda lisey və kolleci bitirmişdir. Onun boyu cəmi 112 sm-dir. Qara gözlüdür. Çəkisi 178 kq-dır. Afrika-Amerika qarışığıdır. Bəzi insanlara vəzifələrində çox köməkçi olar...

Həkim Drakken - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Dünyanı ələ keçərməyə çalışan dəlisov alimdir. Əsl adı Dryu Teodor P. Lipskidir. Kim Possiblın ən böyük düşmənidir. Eyni zamanda Kim Possiblın atası Ceyms T. Possiblın sinif yoldaşıdır. Lisey illərində düzəltdiyi "Bibi" adlı dərrakəli qadın robotlarını ən yaxşı yoldaşlarını Ceyms, Çen və Rameşə tanıdır. Lakin hazırladığı keyfiyyətsiz robotlar yoldaşlarına gülünc gəlir. Həmin müddətdən başlayaraq dünyanı ələ keçirməyə və irəlidə hazırlayacağı inkişaf etmiş robotlarla yoldaşlarına dərs verməyi planladı. Ardından "Bibi" robotlarının istehsalı başlayır...

Şiqo - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Dünyanı ələ keçərməyə çalışan personajlardan biridir. Həkim Drakkenin yaxın dostu olmasına baxmayaraq ondan dərrakəlidir. Zarafat etməyi çox sevir. Çox uzun və qara saçlı, yaşıl gözlüdür...

Meymun Yumruğu

[redaktə | mənbəni redaktə et]

Meymun Yumruğu - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Əsl adı Montqomeri (qısaldılmış forması: Monti) Fiske-dir. Döyüş sənətləri ustasıdır. Ən qəti düşmənləri Ron Stoppabl və Kim Possibldır. Montqomeri Fiske əslən Britaniyadandır. Çəkisi 59 kq-dır. Montqomeri Fiske əvvəllər arxeoloq vəzifəsində çalışırdı. Nobel mükafatı laureatına layiq görülmüşdür. Əsas tədqiq sahələri meymunların artefaktları idi. Həmin artefaktlar başğa dünyanı idarə edəcəkdi. Lord Meymun Yumruğu, xüsusilə, Tai-Chin-Pek-Var və ya Meymun Kunq Fu stili ilə maraqlanırdı...

Daff Killiqan - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Ən qəzəbli şotlandiyalıdır. "Qolf üzrə təhlükəli oyunçu" ləqəbi ilə məşhurdur. Daff Killiqan əvvəllər məşhur peşəkar Qolfçu idi. Lakin oyunun qaydalarına riayət etmədiyinə görə, onu peşəkar Qolf yarışmasından qovlanmışdır. Killiqanı hətta mini-qolf meydançasında da oynamasına icazə verilmirdi. Daff Killiqan Kim Possiblın başqa rəqiblərindən nisbətən təhlükəlidir. Killiqan öz qəsrində qolf oynamağa başlayır. Onun əsas niyyəti dünyanı ələ keçirməkdir. Killiqan rəsmi kelt yubkası geyir. Başında Şotland papağı vardır. Killiqan dünyanı bir qolf meydançasına çevirmək istəyir. Bu səbəbdən Killiqan Həkim Drakken ilə əməkdaşılıq edir. Daff Killiqanın evi "Killiqan Adası" adı ilə məşhurdur. Daff Killiqanın ən təhlükəli silahı içi qumbara ilə doldurulmuş qolf topudur...

Professor Dementor

[redaktə | mənbəni redaktə et]

Professor Dementor - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Dementor məşhur alim və Həkim Drakkenin ən böyük düşmənidir. Dementor, Hench Co.-dan pulla aldığı xüsusi vəzifəliləri və dünyaya zərər vurmaq üçün tapdığı icadları sayəsində dünyanı ələ keçirməyə çalışır. Dementorun 40 yaşı vardır. Onun üzündə həmişə maska olur. Paltarı da bütün seriyalarda qırmızı olur. Dementorun soyadı Demenzdir...

Cill - "Kim Possibl" serialının düşmən personajlarından biridir. Cill əvvəllər Ron ilə bir məktəbdə oxuyurdu. Bir gün onlar "Vonnavip" (ing. Wannaweep) adlı düşərgəyə gəlirlər. Burada "Vonnavip" gölü vardır. Həmin göl çox zəhərlidir. Bu səbəbdən Ron orada üzmür. Lakin Cill ona əhəmiyyət verməyərək, orada üzməyə başlayır. Bu zaman Cill mutanta dönür. Mutanta döndükdən sonra Rondan qisas almağa başlayır...

Senyor Senyor böyük və Senyor Senyor kiçik

[redaktə | mənbəni redaktə et]

Senyor Senyor böyük və Senyor Senyor kiçik - "Kim Possibl" serialının qəddar personajlardan biridirlər. Senyor Senyor böyük və Senyor Senyor kiçik (Cunior) pulla maraqlanan şəxslərdir. Yaşadıqları yer adadır. Senyor Senyor böyük əvvəllər "Milyonçular klubu"nun üzvü idi. Lakin sonralar klubdan xaric edilmişdir. Senyor Senyor böyük, oğluna qəddarların gizli məlumatlarını öyrədirdi ki, onun layiqli davamçısı olsun...

Aktyor/aktrisa Rol Qeydlər
Kristi Karlson Romano[11] Kim Possibl Cizgi filminin baş qəhrəmanı
Uill Fridl[12] Ron Stoppabl Kimin köməkçisi
Nensi Kartvrayt[13] Rufus Ronun köməkçisi
Taj Mouri Ueyd Load Dünyanı xilas etməyə çalışır
Qeri Koul[14] Həkim Ceyms Timoti Possibl Kimin atası
Cin Smart Həkim Xanım Possibl Kimin anası
Şon Fleminq Cim Possibl Kimin qardaşı
Spenser Foks Tim Possibl Kimin qardaşı
Con Di Macio Həkim Drakken Dünyanı ələ keçirməyə çalışır
Nikol Sallivan Şiqo Həkim Drakkenin köməkçisi
Raven Simone Monik Kimin dostu
Castin Börfield Cill Ronun düşməni
Patton Osvalt Professor Dementor Dünyanı ələ keçirməyə çalışır
Tom Keyn Meymun Yumruğu Dünyanı ələ keçirməyə çalışır
Brayn Corc Daff Killiqan Dünyanı ələ keçirməyə çalışır
Riçardo Montalban Senyor Senyor Senyor Dünyanı ələ keçirməyə çalışır
Nestor Karbonell[15] Senyor Senyor Cunior
Keiko Agena Yori
Felisiti Haffman Həkim Direktor
Estel Harris Xanım Lipski Həkim Drakkenin anası
Kristofer MakDonald Hiqo Şiqonun qardaşı
Cer Berns Miqo Şiqonun qardaşı
Fred Savac Viqo Şiqonun qardaşı
Tara Stronq Tara
Kirsten Stroms Boni
Con Di Macio Motor Ed
Dallas Fridey Dallas Fridey
Ryan Niquist Ryan Niquist
Bob Börnquist Bob Börnquist
Rider Stronq Brik Flaqq
Corc Takei Sensey
Kerri Kenni Bebe Roboter
Eşli Tisdeyl Kamilie Leon
Brayn Poşehn Kuzin Larri
Brayn Stepanek Mathter

Dünya kanallarında yayımlanması

[redaktə | mənbəni redaktə et]
Ölkə Yayım
ABŞ ABŞ Disney Channel, Toon Disney, ABC Family, Disney XD
Meksika Meksika Azteca 7
Kuba Kuba Telemundo
Braziliya Braziliya Rede Globo, Disney Channel Brasil
Venesuela Venesuela RCN Televisión
Kanada Kanada Teletoon
İspaniya İspaniya TVE 2, Disney Channel España
Almaniya Almaniya RTL 2
İsveçrə İsveçrə RTL 2
Avstriya Avstriya RTL 2
Böyük Britaniya Böyük Britaniya ITV1
Macarıstan Macarıstan RTL klub
Niderland Niderland Ketnet, Disney XD
Bolqarıstan Bolqarıstan BNT Channel 1
Finlandiya Finlandiya Nelonen, Disney Channel, Toon Disney, Disney XD
Rusiya Rusiya Pervıy Kanal, STS, Disney Channel Russia
İsrail İsrail Arutz HaYeladim, Jetix
Yaponiya Yaponiya Disney XD Japón
Hindistan Hindistan Toon Disney, Disney Channel, Disney Cinemagic
Çin Çin Disney Channel Asia
Çili Çili Canal 13
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı Disney Channel Oriente Medio
Türkiyə Türkiyə TRT 1

Dünya ölkələrində adı və çıxış tarixi

[redaktə | mənbəni redaktə et]
Ölkə Dil Adı Çıxış tarixi
Azərbaycan Azərbaycan Azərbaycan dili Kim Possibl Rəsmi çıxış tarixi yoxdur
ABŞ ABŞ İngilis dili Disney's Kim Possible 7 iyun 2002
Argentina Argentina İspan dili Kim Possible 2 dekabr 2002
Fransa Fransa Fransız dili Les Griffes de la nuit 18 sentyabr 2002
Braziliya Braziliya Portuqal dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur
Polşa Polşa Polyak dili Kim Kolwiek Rəsmi çıxış tarixi yoxdur
İtaliya İtaliya İtalyan dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur
Almaniya Almaniya Alman dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur
İspaniya İspaniya İspan dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur
Macarıstan Macarıstan Macar dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur
Rusiya Rusiya Rus dili Ким Пять-с-Плюсом Rəsmi çıxış tarixi yoxdur
Türkiyə Türkiyə Türk dili Kim Possible Rəsmi çıxış tarixi yoxdur
Yaponiya Yaponiya Yapon dili キム・ポッシブル Rəsmi çıxış tarixi yoxdur
Kanada Kanada Fransız dili Kim Possible 25 avqust 2002
Tayvan Çin dili 麻辣女孩 mart 2002
Yunanıstan Yunanıstan Yunan dili I apithani Kim Rəsmi çıxış tarixi yoxdur
Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı Ərəb dili دامو ستحيل Rəsmi çıxış tarixi yoxdur
Norveç Norveç Fransız dili Kim Possible 3 mart 2002

Mükafat və Nominasiyalar

[redaktə | mənbəni redaktə et]
İl Mükafat Kateqoriya Ad Nəticə
2008 "Emmi" mükafatının gündüz vaxtı[16] Ən yaxşı animasiya filmi "Kim Possible" animasiyası Nominasiya
2005 "Emmi" mükafatının gündüz vaxtı Görkəmli qarışıq səs - Canlı Hərəkət və Multiplikasiya[17] Melissa Ellis və Fil Braun Qələbə
Ən yaxşı orijinal musiqi və kompozisiya "Kim Possible" animasiyası Nominasiya
Mövsüm sayı Seriyaların sayı Yayım tarixləri
İlk çıxış tarixi Son çıxış tarixi
Mövsüm 1 21 7 iyun 2002 16 may 2003
Mövsüm 2 30 18 iyul 2003 5 avqust 2004
Mövsüm 4 14 25 sentyabr 2004 10 iyun 2006
Mövsüm 4 22 10 fevral 2007 7 sentyabr 2007
border=none Əsas məqalə: Kim Possibl (saundtrek)

2002-ci ildə Kim Possibl animasiya serialı çıxdıqdan sonra bu serialdakı mahnılar 22 iyul 2003-cü ildə Walt Disney Records tərəfindən "Kim Possibl (saundtrek)" adı altında buraxılmışdır. Orijinal versiyada 13 mahnı vardır. Albomun yeni versiyası 22 mart 2005-ci ildə Walt Disney Records tərəfindən "Kim-Proved" adı altında çıxarılmışdır. Yeni versiyada isə 14 mahnı vardır. "Kim Possibl (saundtrek)" albomu ABŞ "Billboard 200" hit-paradının albomlar bölməsində 125-ci pillədə yer tutmuşdur.[18][19]

Adı Platforma Çıxış tarixi (ABŞ-də)
Kim Possible: Revenge of Monkey Fist Game Boy Advance 15 noyabr 2002
Kim Possible 2: Drakken's Demise Game Boy Advance 22 sentyabr 2004
Kim Possible 3: Team Possible Game Boy Advance 26 iyul 2005
Kim Possible: Kimmunicator Nintendo DS 9 noyabr 2005
Kim Possible: What's the Switch? PlayStation 2 19 oktyabr 2006
Kim Possible: Global Gemini Nintendo DS 13 fevral 2007
Kim Possible: Legend of the Monkeys Eye PC 2 avqust 2007

www.Kimpossible.com

[redaktə | mənbəni redaktə et]

Kimpossible.com, "Kim Possibl" serialında adı çəkilən bir veb saytdır. Həmin sayt insanlara kömək üçün hazırlanmışdır. Saytının ilk versiyasında istifadə etdiyi şüar "Edə bilməyəcəyəim şey yoxdur!".[20][21][22][23] Bu saytın sayəsində Cənab MakHenri və milyonç cənab Paisleydən gələn kömək çağırışı ilə ilk vəzifəsinə başladı. Saytın veb dizayneri Ueyd Load-dır.

Ron Stoppabl yeni bir məktəb ilinə hazırlanarkən, ailəsiylə birlikdə xanım Ogehsin bir iş təklifi səbəbiylə Norveçə gedəcəyini öyrənir. Bu müddətdə Meymun Gücü, Həkim Drakken, Şiqo və Daff Killiqan "Zaman Meymunu" adlı kiçik bütün iki parçasını tapmaq üçün əməkdaşlıq edirlər...

Kim Possibl və Ron Stoppabl kömək üçün ikinci dəfə oyuncaq fabriki Nakasumiyə çağırırlar. Həkim Drakken Şiqonu, Nakasumini zorla qaçırmaq üçün önləyir. Lakin Şiqo Nakasuminin ancaq pencəyini ala bilir. Drakken isə pəncəkdə Nakasumi oyuncaq şirkətinə aid yeni bir oyuncaq şəkli tapır...

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Nensi Kartrayt Rufusu səsləndirmək üçün ilk növbədə köstəbəkləri tədqiq edirdi.[24][25]
  • Mark MakKorkl və Bob Şuli lift ilə qalxan zaman Kim Possibl animasiyasının tamaşasını yaratdılar. Mark MakKorkl Bob Şuliyə baxıb dedi: Kim Possibl - o hər şeyi edə bilər. Bob Şuli isə Mark MakKorkla cavab verir: Ron Stopabl - o heç nəyi edə bilmir.[26][27]
  • "Kim Possibl" animasiya serialı 1 mükafata və 16 nominasiyaya layiq görülmüşdür.[28][29]
  1. 1 2 3 4 5 6 7 8 Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  2. 1 2 3 fernsehserien.de (alm.).
  3. Mark McCorkle and Bob Schooley Interview on Kim Possible Season 4 Arxivləşdirilib 2008-12-20 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  4. Kim Possible, episode 13, Monkey Fist Strikes (13 Sentyabr 2002)
  5. Kim Possible, episode 14, October 31st (11 Oktyabr 2002)
  6. Kim Possible, episode 3, The New Ron (7 İyun 2002)
  7. Kim Possible, episode 11, Coach Possible (23 Avqust 2002)
  8. Kim Possible, episode 39, Hidden Talent (2 Yanvar 2004)
  9. Kim Possible, episode 54, Bonding (22 Oktyabr 2004)
  10. Toon Disney Arxivləşdirilib 2008-06-09 at the Wayback Machine Yoxlanılıb: 13 oktyabr 2014
  11. Last Interwiew with Steve Loter Arxivləşdirilib 2012-07-22 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  12. Uill Fridl Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  13. Nensi Kartraytın səsləndirdiyi personajlar Arxivləşdirilib 2007-03-20 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  14. Qari Koul[ölü keçid] Yoxlanılıb: 11 oktyabr 2014
  15. Senyor Senyor Cunior personajını səsləndirən Nestor Karbonell Arxivləşdirilib 2008-12-18 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  16. Kim Possible: Cast & Details Arxivləşdirilib 2012-10-21 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  17. Awards for "Kim Possible" Arxivləşdirilib 2021-01-26 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  18. "Kim Possible soundtrack on Billboard 200". 2009-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-17.
  19. Kim Possibl cizgi filminin saundtrekləri Arxivləşdirilib 2021-10-28 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  20. Synchronfirma Arxivləşdirilib 2012-11-11 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  21. Dialogbuch Arxivləşdirilib 2012-11-11 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  22. Dialogregie Arxivləşdirilib 2012-11-11 at the Wayback Machine Yoxlanılıb: 11 oktyabr 2014
  23. Synchronsprecher Arxivləşdirilib 2012-11-11 at the Wayback Machine. Yoxlanılıb 30 Noyabr 2008
  24. The Background Art of Kim Possible[ölü keçid] 13 oktyabr 2014
  25. Latest interview with Steve Loter Arxivləşdirilib 2007-07-20 at the Wayback Machine 13 oktyabr 2014
  26. So The Finale Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine, Official Season Four finale production blog by Steve Loter (2008-01-01), Yoxlanılıb: 11 oktyabr 2014
  27. So the Finale Arxivləşdirilib 2017-07-10 at the Wayback Machine", Blogger, Yoxlanılıb: 11 oktyabr 2014
  28. Kim Possible Replay.Web.Archive Yoxlanılıb: 11 oktyabr 2014
  29. Kim Possible Tv-Now.com[ölü keçid] Yoxlanılıb: 11 oktyabr 2014

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]