Həlimə binti Əbu Zuayb

Həlimə binti Əbu Zuayb (ərəb. حليمة السعدية‎; VI əsr629, Mədinə) — İslam peyğəmbəri Məhəmmədin süd anası. 4 yaşına kimi ona süd vermişdir. Həlimə və əri Əl-Haris ibn Əbdül-Uzzanın ərəblərin Xavazin qəbiləsinin Səd ibn Bəkr qoluna mənsub idilər.[1]

Həlimə binti Əbu Zuayb
ərəb. حَلِيمَةٌ السَّعْدِيَّةُ
Doğum tarixi VI əsr
Vəfat tarixi 629
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti südanası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məhəmmədin doğulduğu ildə Səd ibn Bəkrin ailəsi uşaqlara baxmaq üçün Məkkəyə gəlir. Süd anaları olanlar ataları sağ olan uşaqları götürməyə üstünlük verirdilər. Məhəmmədin atasının hələ doğulmamış ölməsinə baxmayaraq, Həlimə 8 günlük uşağı götürür. İslam ənənəsinə görə, quraqlıq və qıtlıq üzündən Həlimə öz uşağını yedizdirə bilmirdi, lakin Məhəmmədi götürdükdən sonra Məhəmmədə və öz oğluna kifayət qədər süd verə bilirdi[2].

Sad ibn Bəkr Hüdeybiyyədə, sonra isə Mədinədə yaşayırdı. Məhəmməd iki yaşında olanda Həlimə uşağı anasına qaytarmaq istəyir, lakin Aminə binti Vəhb Həlimədən uşağı bir müddət daha saxlamasını istəyir.

Məhəmməd Xədicə ilə evləndiyi zaman Həlimə acınacaqlı vəziyyətindən ona şikayət edir və Məhəmməd Xədicədən ona 40 qoyun verməsini istəyir. Məhəmmədin peyğəmbərlik missiyası başlayandan sonra Həlimə əri ilə Məhəmmədin yanına gələrək İslamı qəbul edir. Hüneyn günü Həlimə Məhəmməd peyğəmbərin hüzuruna gələndə o, paltarını çıxarıb qabağına yaydı ki, otursun.

Həlimənin üç övladı var idi: oğlu Abdullah, qızları Ənis və Xuzaf.

  1. "Muhammad (prophet of Islam)". Encyclopædia Britannica. 2015-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-08.
  2. "Halimah bint Abi Dhuayb". The Oxford Dictionary of Islam. 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-08.