Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir.
Həm sevincdə, həm kədərdə | |
---|---|
hind. कभी खुशी कभी ग़म | |
Janr | musiqili film[1][2], romantik film, komediya filmi, dram filmi |
Rejissor | Karan Johar |
Ssenari müəllifi | |
Baş rollarda |
Amitabh Bachchan Jaya Bachchan Shahrukh Khan Kajol Hrithik Roshan Kareena Kapoor Rani Mukerji |
Distribütor | Netflix, iTunes[d] |
İlk baxış tarixi | 2001, 10 aprel 2003[3] |
Müddət | 210 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0248126 |
Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır. Bu arada Rohan 10 ildən sonra məktəbi bitirib nənələrinin yanına qayıdır və orada qardaşının ögey qardaş olduğunu və eyni zamanda da baş vermiş olan bütün hadisələri öyrənir və bundan sonra atası ilə böyük qardaşını barışdırmaq üçün hərəkətə keçir.