Həmdulla Sübhi Tanrıövərin

Həmdullah Sübhi Tanrıövər (1 yanvar 188510 iyun 1966, İstanbul) — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi.

Həmdullah Sübhi Tanrıövər
türk. Hamdullah Suphi Tanrıöver
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1885(1885-01-01)
Vəfat tarixi 10 iyun 1966(1966-06-10) (81 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Əfəndi qəbiristanlığı[d]
Partiya
Təhsili
  • Qalatasaray liseyi[d]
Fəaliyyəti siyasətçi, diplomat, şair
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub.[1]

Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi.

Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.

Həmdullah bəy, Ankarada Mərkəz Heyəti binasının təməl daşı qoyularkən (21 mart, 1927) söylədiyi qüvvətli və gözəl nitqində ilk daxil olduğu zaman "Türk ocağı" binasının halını belə təsvir etmişdir:

" Bundan 16 il öncə idi. İstanbulun tarixi bir caddəsinin kənarında, sadə bir evin üst mərtəbəsində iki boş və fəqir otaq… orada toplananlar, bir toplantı təşkil etdikləri vaxt dinləyiciləri oturtmaq üçün lazım olan qədər stul tapa bilməzdilər. Aşağı küçəyə enərlər, ətraf qəhvələrdən öz ciblərindən verdikləri kiçik pullarla stul alar, bunları bellərində Ocağa gətirirlər və toplantıdan sonra yenə geri təhvil verərdilər. "Türk ocağı", onu rədd və inkar edən bir hava içində doğuldu. Ona hər kəs qarşı idi. Hətta bir çox türk aydını belə… "
  1. ""Məhəmməd Əmin Rəsulzadə ensklopediyası"" (PDF). 2016-05-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-01.