Həmişəyaşıl murdarça (lat. Rhamnus alaternus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
Həmişəyaşıl murdarça | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Həmişəyaşıl murdarça |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Aralıq dənizyanı ölkələrində, Balkanda və Kiçik Asiyada təbii halda yayılıb.
Hündürlüyü 3 m-ə çatan qollu-budaqlı həmişəyaşıl koldur. Zoğları qırmızımtıl və ya tünd-yaşıl rəngdədir. Yarpaqlarının uzunluğu 2-6 sm, eni 1-3 sm, üstdən tünd-yaşıl, altdan açıq-yaşıldır, yan damarları 3-4 cütdür. Çiçəkləri beş üzvlüdür, zəngvari, sarımtıl-yaşıl rəngli, ikievli, sadə və ya zəif şaxələnmiş qısa saplaqlı çiçək qrupunda yerləşir. Meyvəsi üç çəyirdəkli, az ətlidir, əvvəl qırmızı, yetişdikdə isə qara rəngli olur. Mart-aprel aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Rütubət sevən bitkidir. Soyuğa və küləyə davamlıdır.
Böyük və Kiçik Qafqaz və Kür-Araz ovalığında təbii halda rast gəlinir.
Azərbaycanda yaşıllaşdırma məqsədilə park və bağlarda becərilir.