Həndəsi qurmalar nəzəriyyəsi

Həndəsi qurmalar nəzəriyyəsi - həndəsənin müəyyən alətlərin köməyi ilə həndəsi fiqurların qurulması üsullarını öyrənən bölməsidir.

Həndəsi qurmalar təkcə, Evklid həndəsəsində deyil, digər həndəsələrdə də (sferik həndəsədə, proyektiv həndəsədə, Lobaçevski həndəsəsində və s. ) öyrənilir.

Həndəsi qurmalar təkcə müstəvi üzərində deyil, fəzada da baxılır. Həndəsi qurmalar üçün işlədilən klassik alətlər pərgar və xətkeşdir (bölgüsü olmayan birtərəfli xətkeş). Buna baxmayaraq, digər alətlərin köməyi ilə də həndəsi qurmalara baxılır.

Məsələn, yalnız pərgarın köməyi ilə (Mor-Maskeroni qurmaları ), müstəvi üzərində çevrə və onun mərkəzi verilibsə, təkcə, xətkeşin köməyi ilə (Şteyner qurmaları) qıraqları paralel olan ikitərəfli xətkeşlə, üçbucaq xətkeşlə (düzbucaqlı üçbucağın modeli) və s. alətlərin köməyi ilə həll edilən həndəsi qurmalar var.

Müstəvi üzərində və fəzada bütün həndəsi qurmalar qurmanın postulatlarına (konstruktiv həndəsənin askiomları), yəni sadə, elementar qurmalara əsaslanır.

Əgər verilmiş qurma məsələsi sonlu sayda elementar qurmalara gətirilirsə, bu qurma məsələsi həll olunmuş hesab olunur. Təbiidir ki, hər bir qurma alətinin özünün konstruktiv gücü var. Məsələn, məlumdur ki, parçanı, təkcə, xətkeşin köməyi ilə iki bərabər hissəyə bölmək mümkün deyil. Təkcə, pərgarın köməyi ilə bu, mümkündür.


Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.

2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]