Hənzələ ibn Əbu Amir (v. 23 mart 625, ərəb. ﺣﻨﻈﻠـة ﺍﺑﻦ ﺍﺑﻲ ﻋﺎﻣﺮ) — Məhəmməd peyğəmbərin (s.a.v) səhabələrindən biri[1]. Ənsarın Bənu Övs qəbiləsindən idi. Onun atası Əbu Amirin xristian olduğu deyilirdi[2]. Hənzələ Uhud döyüşündə müşriklərlə vuruşarkən həlak olanda cəmi 24 yaşında idi[3]. Hənzələ piyada olduğu üçün Əbu Süfyan ibn Hərbin atına hücum edir. Bununla belə Əbu Süfyan ibn Hərb Şəddad ibn Əsvəd tərəfindən döyüşdə şəhid edilir[4][5]. Hənzələ ilk toy gecəsində Abdullah ibn Üveyin qızı, həyat yoldaşı Cəmilədən ayrılaraq Cihadın çağırışına cavab vermək üçün döyüş meydanına getmişdir. Bu zaman cunub olmasına baxmayaraq qüsl almağa vaxtı olmamışdır. Məhəmməd peyğəmbərin mələklərin onu gümüş qablarda saxlanılan təzə yağış suyu ilə yerlə göy arasında qüsl verməsini gördüyü deyilir. Bu şərəfə görə Hənzələ "Qasilətül-Məlaikə" (ərəb. غسيل الملائكة) və ya mələklər tərəfindən təmizlənmiş titulu qazanır. Oğlu Abdullah ibn Hənzələ Əməvi xəlifəsi I Yezidə qarşı Mədinənin müdafiəsində igidliklə vuruşmuşdur.[6][7]
Hənzələ ibn Əbu Amir | |
---|---|
Vəfat tarixi | 23 mart 625 |
Vəfat səbəbi | döyüşdə ölüm |