Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş "Ədliyyə işçilərinin rütbə dərəcələri" və "Prokurorluq orqanlarının işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri haqqında" qanunlara əsasən Ədliyyə və Prokurorluq orqanları işçilərinə verilən ali xüsusi rütbədir.[1][2]
Həqiqi dövlət ədliyyə müşavirinin poqonunun üzərində 40 mm diametri olan qabarıq şəkilli qızılı rəngli lifdən Azərbaycan Respublikasının Dövlət gerbi, ondan aşağı hissədə diametri 40 mm olan qabarıq şəkilli səkkizguşəli ulduz hörülür. Poqonun aşağı kənarından ulduzun mərkəzinə qədər olan məsafə 45 mm, gerb ilə ulduzun mərkəzləri arasındakı məsafə isə 65 mm olur.
Poqonlar pencəyə, paltoya, plaşa və köynəyə bərkidilir. Həqiqi dövlət ədliyyə müşaviri poqonları mahud astar üzərində xüsusi toxunmuş gümüşü rəngli liflərdən hazırlanır.