İxtiyar Şirin

İxtiyar Əlibala oğlu Şirinov (İxtiyar Şirin) (23 iyul 1952, Dünyamalılar, Jdanov rayonu14 noyabr 2022) — Azərbaycan Respublikasının Baş Prokuroru (1992–1993), Azərbaycanın ilk həqiqi dövlət ədliyyə müşaviri (1992–1993).

İxtiyar Şirin
14 oktyabr 1992 – 30 iyun 1993
ƏvvəlkiMurad Babayev
SonrakıƏli Ömərov
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyul 1952(1952-07-23)
Doğum yeri
Vəfat tarixi 14 noyabr 2022(2022-11-14) (70 yaşında)
Partiya
Təhsili
Fəaliyyəti prokuror
Atası Əlibala Şirinov
Rütbəsi
Həqiqi dövlət ədliyyə müşaviri (məhrum edilib)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

23 iyul 1952-ci ildə hazırkı Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. AXC hakimiyyəti dövründə dövlət müşaviri və baş prokuror vəzifəsində çalışıb.

16 oktyabr 1992-ci ildə İxtiyar Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilib.[1] 14 sentyabr 1993-cü ildə isə bu rütbədən məhrum edilib.[2]

1993-cü ilin iyun hadisələrində Gəncədə Surət Huseynovun komandası tərəfindən həbs olunub. 11 ay sonra məhkəmə cinayət işini xətm edib və azadlığa buraxılıb.

14 noyabr 2022-ci il tarixində vəfat etmişdir.[3]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.[4] İstiqlalçı deputat olaraq 1991-ci ildə, parlamentdə məhz həmin 43 deputatlardan biri olaraq Azərbaycan xalqının müstəqillik istəyinə səs vermişdi.

29 dekabr 1998-ci il tarixində Milli Konqres Partiyasını təsis etmiş və siyasi fəaliyyətini təsis etdiyi siyasi partiya ilə davam etdirmişdir.

  1. "Azərbaycan Respublikasının Baş prokuroru İ. Ə. Şirinova həqiqi dövlət ədliyyə müşaviri rütbə dərəcəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2024-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  2. "İ. Ə. Şirinovun həqiqi dövlət ədliyyə müşaviri rütbəsindən məhrum edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 2022-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-17.
  3. "Azərbaycanın keçmiş Baş Prokuroru vəfat edib". 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-15.
  4. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]