Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur.
Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz.
1973-cü ildə Sovet Ordusu sıralarına çağırılaraq Çita vilayətinin Dauriya hərbi prokurorluğunda hərbi müstəntiq vəzifəsini icra edib. 1974-cü ildə ordu sıralarından tərxis olunaraq, həmin ildən 1976-cı ilədək Amasiya rayonunun DİŞ-nin müəssisədən kənar mühafizə şöbəsinin və xalq drujinası şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1976-cı ildə Azərbaycan Respublikasına köçərək DQMV prokurorluğunda prokuror köməkçisi və baş müstəntiq vəzifələrində çalışmışdır.
1980–1983-cü illərdə Gəncə şəhər prokurorluğunun baş müstəntiq vəzifəsində çalışmışdır. 1983–1993-cü illərdə Gəncə şəhər nəqliyyat prokuroru işləyib.[7]
23 yanvar 1991-ci ildən etibarən Azərbaycan Milli Yaradıcılıq Akademiyasının hüquq doktorudur.
Evlidir. 3 övladı: 2 oğlu, 1 qızı var. Oğlu Zaur Ömərov 2017-ci ildə Müasir Müsavat Partiyasına üzv olmuşdur.[8] O, daha sonra partiyanın Gənclər Təşkilatının sədri seçilmiş və partiya üzvü olaraq 2020-ci il parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuşdur.[9]
Əli Ömərov 1992-ci ilin payızında Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının sıralarında olan, yeganə vəzifə sahibi və iqtidar üzvü idi.[10]
1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilib[11], 1993-cü ildə Milli Məclisin üzvlüyünə qəbul olunub.[11]Xocalı faciəsinə dair yaradılmış komissiyanın məsul katibi olub və faciənin törədilməsi, əmələ gəlməsi və nəticələri barədə əsas məruzəçi kimi çıxış etmişdir ki, bununla da Xocalı faciəsi birbaşa canlı yayımla bütün dünyaya bəyan edilmişdir.[mənbə göstərin]
Əli Ömərov Azərbaycan Respublikasında prokurorluq orqanları yaranan gündən, yəni 1 oktyabr 1918-ci il tarixindən etibarən tək və yeganə Baş Prokurordur ki, fəaliyyətdə olan daxili işlər və müdafiə nazirlərinə qarşı cinayət işləri başladıb və onların vəzifələrindən uzaqlaşdırılmasına nail olub.[mənbə göstərin]
1993-cü ildən etibarən Beynəlxalq İnterpol Bürosunun İcraiyyə Komitəsinin Həqiqi üzvüdür.
2010-cu ildə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən biri olmuş və həmin ildən cəmiyyətin üzvüdür. 2015–2017-ci illərdə Azərbaycan Deportasiya Qurbanları Cəmiyyətinin sədri olub.[12]